
Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib.
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib.
Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.
"Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk.
Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir.
Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik
Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Siyasətİlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib.
SiyasətTarixin zibilliyinə göndərilən format: Vaşinqton sammitində ATƏT-in Minsk qrupu "dəfn olundu"
Vaşinqton sammitinin nəticələri və ATƏT-in Minsk qrupunun ləğvi Cənubi Qafqazda sülh prosesini yeni mərhələyə daşıyır. Siyasi ekspertin təhlili və detallar.
SiyasətABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz
Deputat Zahid Oruc Vaşinqton zirvəsinin Azərbaycan diplomatiyası üçün tarixi əhəmiyyətini və hərbi qələbəmizin ABŞ tərəfindən rəsmən tanınmasını şərh edir.