
Xırdalandakı binada 11 günlük "qaranlığın" səbəbi AÇIQLANDI - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Çinar" MTK yaşayış kompleksində artıq 11 gündür ki, işıq və su təchizatı kəsilib.
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Çinar" MTK yaşayış kompleksində artıq 11 gündür ki, işıq və su təchizatı kəsilib.
Bu barədə Gundem.today-a sakinlər tərəfindən şikayət daxil olub.
Sakinlər bildiriblər ki, mənzillərdə yaşamaq, demək olar ki, mümkünsüz hala gəlib.
"Çinar" MTK-dan Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, işıq problemi yeni həll olunub, suyun verilişini isə bərpa etmək üçün işlər aparılır:
"Binanın zirzəmisini su basdığı üçün bu vəziyyət yaranıb. Zirzəmidə 2 metr 20 santimetr su yığılmışdı. Nasoslarla suyu çıxardıq, amma tam bitməyib, hələ də binanın zirzəmisində su qalıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
CəmiyyətBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".
CəmiyyətSumqayıtda dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
CəmiyyətBakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.