
XRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.
Görüş Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 2026-cı il fevral 10-da imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində baş tutub. Görüşün əsas məqsədi sözügedən xartiyada təsbit olunmuş prioritetlər üzrə kibertəhlükəsizlik, rəqəmsal inkişaf və süni intellekt sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərin qiymətləndirilməsindən ibarət olub.
Görüş çərçivəsində dövlət sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələr, təhlükəsizlik siyasətləri və ölçmə metrikaları, tərəfdaşların müvafiq istiqamət üzrə töhfə verə biləcəyi sahələr, kibergigiyena, kiberdiplomatiya və beynəlxalq müstəvidə kibersiyasət sahəsində təşəbbüslər, "Software Engineering Institute", MITRE və CRDF şirkətləri ilə mümkün əməkdaşlıq istiqamətləri, yeni nəsil kibertəhdidlərlə mübarizədə təcrübə mübadiləsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə layihələrin icrası kimi məsələlər müzakirə edilib.
Müzakirələr zamanı, həmçinin süni intellekt texnologiyalarının təhlükəsizlik sistemlərinə inteqrasiyası və süni intellekt həlləri üçün təhlükəsizlik tələbləri və xarici süni intellekt həllərinin istifadəsində məlumat sızmasına səbəb ola biləcək hallar, eləcə də süni intellektin istifadəsinə dair ayrıca kibergigiyena qaydalarının formalaşdırılmasının zəruriliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Azərbaycanın müvafiq qurumları ilə texniki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər.
Qeyd olunub ki, XRTDX-nin CERT mərkəzi vasitəsilə dövlət orqanlarının informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ABŞ-nin ixtisaslaşmış mərkəzləri ilə tərəfdaşlığın genişləndirilməsi kibertəhdidlərlə mübarizədə hər iki tərəfin mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.
CəmiyyətTofiq Əsgərova yüksək vəzifə verildi - FOTO
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub.
CəmiyyətBakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO
Bakının mərkəzində avtomobilin düzgün qaydada park edilməməsi digər sürücülərin narazılığına səbəb olub.
CəmiyyətSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTO
Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır.