
Yaponiya Şimali Koreyaya etirazını bildirdi
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
Gundem.today xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"KXDR-nin davam edən ballistik raket buraxılışları da daxil olmaqla hərəkətləri ölkəmizin, regionun və beynəlxalq ictimaiyyətin sülhü və təhlükəsizliyi üçün təhlükə yaradır. Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və əhalinin təhlükəsizliyi baxımından ciddi problem yaradır", - deyə məlumatda bildirilir.
Daha əvvəl verilən məlumata görə, KXDR şərq istiqamətində müəyyən edilməmiş tipli ballistik raket buraxılışı həyata keçirib.
Buraxılış aprelin 19-da səhər saatlarında Sinpo ərazisində qeydə alınıb. Bu, KXDR-nin ilin əvvəlindən bəri yeddinci ballistik raket buraxılışıdır.
"Kyodo" agentliyinin məlumatına görə, raket təxminən 10 dəqiqə uçub və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Hadisə nəticəsində zərər qeydə alınmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"
"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".
DünyaTramp İrana ultimatum verdi: "Bəsdir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.
DünyaTramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"
"ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün aprelin 20-də Pakistana gedəcək".
DünyaYəməndən sensasion bəyanat: "Neft yolunu bağlaya bilərik"
Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bəyan edib ki, onlar ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunmasına mane olmağa davam edəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlaya bilərlər.