Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub
Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub
Dünya

Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

21:48
0 baxış
Paylaş:

Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər.

Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər.

Gundem.today "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım imperator taxtının varisliyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.

Hazırda Yaponiya imperatoru Naruhitonun cəmi üç varisi var: onun 60 yaşlı kiçik qardaşı, vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitati. Bu vəziyyət son illərdə imperator taxtının davamlı varisliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.

Parlamentdə 1947-ci ildə qəbul edilmiş və taxt-tacın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan qanuna iki dəyişiklik variantı müzakirə olunur:

Birinci təklifə görə, imperator ailəsinə mənsub qadınlar titul sahibi olmayan şəxslərlə ailə qursalar belə, öz statuslarını qoruyub saxlayacaqlar.

İkinci variant isə 1947-ci ildə rəsmi statuslarını itirmiş imperator ailəsinin 11 yan qoluna mənsub kişilərin yenidən ailəyə qaytarılmasını nəzərdə tutur.

Təşəbbüslərin yaxın vaxtlarda Yaponiyanın Baş naziri Sanae Takaichiyə təqdim olunması gözlənilir. Bundan sonra hökumət müvafiq qanun layihəsi hazırlayacaq. Sənədin parlamentin cari sessiyasının rəsmi bağlanış tarixi olan iyulun 17-dək qəbul edilə biləcəyi bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Yaponiya#Yaponiya_İmperatoru#Taxt-tac_varisi

Oxşar Xəbərlər

ABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEODünya

ABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO

ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

22:300
Rusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEODünya

Rusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.

22:060
İsveçdə daimi yaşayış icazəsi ləğv edildiDünya

İsveçdə daimi yaşayış icazəsi ləğv edildi

İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.

22:120
Dağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEODünya

Dağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO

Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.

22:140