
Yasamalda QƏZA: "Shacman"la "Mercedes Sprinter" toqquşdu - VİDEO
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Sprinter" və "Shacman" markalı avtomobillərin iştirakı ilə qəzanın baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Orxan Əlicavad oğlu Cavadovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq - 27.04.2026
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ baş verib.
CəmiyyətDaşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Aprelin 26-ı saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətDaşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb.