
Yaşıl enerjinin Azərbaycan modeli: Daha çevik, etibarlı və idarəetmədə liderlik – FOTO
Azərbaycanda enerji sektorunun transformasiyası istiqamətində həyata keçirilən islahatlar artıq konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu prosesdə "AzərEnerji" ASC tərəfindən enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi, idarəetmənin optimallaşdırılması və şəbəkə infrastrukturunun yenilənməsi xüsusi rol oynayır. Rəqəmsal həllərin tətbiqi sayəsində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması daha çevik şəkildə tənzimlənir, sistemin dayanıqlığı artır və dəyişkən
Azərbaycanda enerji sektorunun transformasiyası istiqamətində həyata keçirilən islahatlar artıq konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu prosesdə "AzərEnerji" ASC tərəfindən enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi, idarəetmənin optimallaşdırılması və şəbəkə infrastrukturunun yenilənməsi xüsusi rol oynayır. Rəqəmsal həllərin tətbiqi sayəsində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması daha çevik şəkildə tənzimlənir, sistemin dayanıqlığı artır və dəyişkən istehsal xüsusiyyətlərinə malik bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün geniş imkanlar yaranır.
Son illərdə görülən işlər nəticəsində enerji sistemində balanslaşdırma mexanizmləri təkmilləşdirilib, operativ dispetçer idarəetməsi gücləndirilib və real vaxt rejimində istehlak-istehsal uyğunluğunun təmin olunması istiqamətində mühüm irəliləyiş əldə edilib.
Eyni zamanda, ölkədə yaşıl enerji zonalarının yaradılması, yeni günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması, həmçinin ixrac yönümlü enerji layihələrinin reallaşdırılması istiqamətində görülən işlər bu sahədə əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. Bütün bunlar Azərbaycanın regional enerji bazarında mövqeyini gücləndirməklə yanaşı, qlobal enerji keçidi çağırışlarına uyğunlaşdığını və dayanıqlı enerji gələcəyinə doğru inamla irəlilədiyini göstərir.
Enerjidən rəqəmsal gələcəyə
"Yaşıl enerji"nin əhəmiyyəti təkcə ekoloji faydalarla məhdudlaşmır. Müasir dünyada enerji artıq rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilib. Süni intellekt, böyük verilənlər və məlumat mərkəzləri yüksək və dayanıqlı enerji təminatı tələb edir. Azərbaycan bu reallığı nəzərə alaraq, enerji strategiyasını rəqəmsal inkişaf hədəfləri ilə uzlaşdırır.
Artan sənaye potensialı, genişlənən kommunikasiya infrastrukturu və planlaşdırılan data mərkəzləri ölkədə enerji tələbatını yeni səviyyəyə qaldırır. Məhz bu nöqtədə bərpa olunan enerji mənbələri həlledici rol oynayır. Dayanıqlı və ekoloji təmiz enerji təminatı olmadan rəqəmsal transformasiya mümkün deyil.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşıl elektrik enerjisi yalnız ixrac potensialı ilə deyil, həm də daxili istehlak baxımından strateji əhəmiyyət daşıyır:
"Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".
Azərbaycanın yaşıl enerji strategiyası eyni zamanda ölkənin geosiyasi mövqeyini gücləndirən mühüm alətə çevrilir. Xüsusilə Avropa bazarına yaşıl elektrik ixracı perspektivləri, Xəzər dənizinin külək enerjisi potensialının istifadəsi və regional enerji dəhlizlərinin inkişafı ölkəni yeni enerji xəritəsində əsas oyunçulardan birinə çevirə bilər.
Bu baxımdan, Azərbaycanın qarşısında duran vəzifə yalnız mövcud layihələri həyata keçirmək deyil, həm də innovasiyalara açıq, çevik və davamlı enerji ekosistemi qurmaqdır. Əgər bu kurs ardıcıl şəkildə davam etdirilərsə, yaxın onillikdə Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də yaşıl texnologiyalar və rəqəmsal iqtisadiyyatın regional mərkəzi kimi tanına bilər.
Yaşıl enerji ilə bağlı rekord göstəricilər
Azərbaycanda son illərdə enerji sektorunda həyata keçirilən islahatlar artıq statistik rəqəmlərdən daha çox, canlı və dinamik nəticələrlə özünü göstərir. Yaşıl enerji ilə ənənəvi enerji mənbələrinin paralel inkişafı, həmçinin enerji sisteminin rəqəmsal əsasda yenidən qurulması ölkəni keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu mərhələdə əsas fərq yalnız istehsalın artması deyil, enerjinin daha ağıllı, daha çevik və daha səmərəli idarə olunmasıdır. Bu məqamda qeyd edək ki, "AzərEnerji" ASC-nin enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi, enerjinin balanslaşdırma və enerjisistemə inteqrasiyası tədbirləri konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bol sulu, günəş və küləkli günlərin çox olunduğu aprel ayında daha qabarıq hiss edilib.
Aprelin 8-i, 17-si, 18-i, 20-si və digər günlərdə günün müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizinin məhz yaşıl enerji hesabına təmin olunması artıq təsadüfi göstərici deyil, formalaşmaqda olan yeni enerji reallığının əlamətidir. Xüsusilə aprelin 20-də qeydə alınan nəticə bu baxımdan diqqət çəkir: həmin gün ölkədə 64.4 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub, bunun 23.5 milyon kilovat/saatı və ya 36.5 %-i bərpa olunan mənbələrin payına düşüb. Bu enerjinin 15.9 milyon kilovat/saatı su elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, 7.6 milyon kilovat/saatı isə günəş və külək stansiyalarında istehsal edilib.
Bu rəqəmlər struktur dəyişikliyini ifadə edir. Enerji balansında "yaşıl pay" artıq epizodik deyil, sistemli xarakter almağa başlayır. Bunun fonunda 2026-cı ilin ilk rübündə istilik elektrik stansiyalarında 6 milyard 991 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması və bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.6% artması göstərir ki, Azərbaycan keçidi kəskin deyil, balanslı şəkildə həyata keçirir. Digə
Oxşar Xəbərlər
SiyasətLeyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi "Instagram" hesabında ailəsi ilə birgə Qəbələdən foto paylaşıb.
SiyasətAvropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yaydılar
Azərbaycanın Avropadakı diaspor təşkilatları bəyanat yayıblar.
SiyasətTürkiyə və Ermənistan nümayəndələri görüşdülər: Razılaşma əldə edildi - FOTO
Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə Türkiyə və Ermənistan arasında yaradılan birgə işçi qrupunun iclası keçirilib.
SiyasətMədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.