Yeni güc savaşının pərdəarxası - ABŞ, Çin, Rusiya və Hindistan arasında böyük oyun
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gözlənilən görüş Vaşinqtonla Pekin arasındakı münasibətlərin gələcəyi baxımından diqqət çəkir. Tərəflər arasında ticarət, texnologiya, təhlükəsizlik və qlobal təsir uğrunda rəqabətin davam etdiyi bir vaxtda baş tutacaq görüşün münasibətlərdə real dəyişiklik yaradıb-yaratmayacağı əsas suallardan biridir. Paralel olaraq, Trampın Pekin səfərindən bir neçə ay sonra Si Cinpinin ABŞ-yə gözlənilən səfəri, Rusiya Prezidenti Vladimir Putinin isə Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşündən bir neçə gün sonra Hindistana səfəri tərəflərin balans axtarışı və çoxvektorlu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.