
Yeniyetmə Fransanı şoka saldı: Milyonlarla şəxsi məlumat oğurlandı
Fransada mühüm dövlət müəssisəsinin elektron sistemlərinə edilən kütləvi kiberhücum və məlumatların mənimsənilməsi işi üzrə 15 yaşlı şəxs şübhəli şəxs qismində cəlb olunub.
Fransada mühüm dövlət müəssisəsinin elektron sistemlərinə edilən kütləvi kiberhücum və məlumatların mənimsənilməsi işi üzrə 15 yaşlı şəxs şübhəli şəxs qismində cəlb olunub.
Gundem.today BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Paris prokurorluğu açıqlama yayıb.
Qurum aprelin 30-da rəqəmsal sənədləşmə işlərinə cavabdeh olan ANTS milli agentliyinə qarşı aprelin 15-də həyata keçirilmiş kiberhücumda əli olduğu ehtimal edilən yeniyetmənin həbs edildiyini bildirib.
Qeyd olunub ki, kiberhücum zamanı təqribən 12 milyon istifadəçi hesabına aid fərdi məlumatlar ələ keçirilib. Oğurlanmış materialların mühüm qismi "darknet"də "breach3d" ləqəbli haker tərəfindən satışa çıxarılıb. Təhqiqatçılar yekunda məhz bu təxəllüsdən istifadə edən adamın kimyini aydınlaşdıra biliblər.
İrəli sürülən ittihamlar üzrə təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə və 300 min avroyadək məbləğində cərimə gözləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hantavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq mövcud üç təhlükə dərəcəsindən ən aşağısı sayılan 3-cü səviyyəli ictimai səhiyyə fövqəladə vəziyyəti tətbiq edib.
DünyaUkrayna Rusiyanın aeronaviqasiya binasını vurdu: 13 hava limanının fəaliyyəti dayandırıldı - VİDEO
Ukrayna ordusu Rusiyanın Rostov bölgəsində "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına PUA zərbələri endirib.
Dünyaİndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEO
İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində iki əcnəbi turist həlak olub.
Dünyaİndoneziyada vulkan püskürdü, ərazidəki 20 turist itkin düşdü - VİDEO
İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanının püskürməsindən sonra itkin düşmüş 20 turistin axtarış-xilasetmə əməliyyatını həyata keçirir.