Son dəqiqə
SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblərMilli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıbPrezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTOAmerikalı milyarder Ceff Bezos məşhur superyaxtasını satır: Alıcıları qorxudan məqamlar - FOTONaxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO"Qarabağ"ın ulduzuna Avropadan təklif
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yer-göy zir-zibil
Yer-göy zir-zibil
Cəmiyyət

Yer-göy zir-zibil

Bu gün
17:36
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Bizim xalqın da çox mədəni, savadlı, etik qaydalara riayət edənləri var. Amma dildə mədəni olanların sayı son vaxtlar onları üstələyir.

Kimi danışdırırsan, "a toba, biz təmizkar adamlarıq, yerə zibil atmarıq" deyə and içir. Kəndlisi, şəhərlisi fərq eləmir.

Hər dəfə ölkəmizdə böyük, ya kiçik tədbir keçiriləndən sonra ortaya çıxan mənzərəyə baxıb ancaq köks ötürə bilirəm.

Dünən İçərişəhərdə keçirilən Xalça festivalından sonra meydanda xeyli zir-zibil qaldı.

Sosial şəbəkədə paylaşılan görüntülərin altında şərh yazanların əksəriyyəti bildirdi ki, "o qədər adam olub orada, zibildir də, nə olsun?"

O olsun ki, belə düşünənlərin beyni-başı zibildir. Düşüncəsi zibildir. Danışdığı-yazdığı zibildir.

Özündən zəif gördüyü insanın zəhmətinə dəyər verməyən Həmədan eşşəyidir.

Üst-başını bəzəyib ortaya çıxmaqla deyil, adamın gərək içi səliqəli olsun. Yağlı saçını ütü fenlə düzəltməklə, ya da saqqalına "kant" vurdurmaqla təmizlik olmur.

Hər gün yüzlərlə, əksərən də yaşlı-ahıl qadınlar şəhəri süpürürlər. Hər gün də paytaxtımızın sakinləri əllərindən gələni edirlər ki, şəhər "it günündə" olsun.

Maşından zibil atan kim, eyvandan uşaq bezlərini atan kim. Yediyini küçəyə atan kim.

Kimdir? Başqa şəhərlərin sakinləri?

Yadınızdamı, Göygöl Milli Parkı açılandan sonra ərazini bir günə zibilə qərq etdi adamlarımız. Sonra da bir dəstə çıxdı ortaya ki, "bəs ərazidə kifayət qədər zibil qutusu yoxdur, ona görə zibili yerə atıblar!"

Yəni mənim gözəl xalqımın bəzi gözəl nümayəndələri hələ də başa düşmürlər ki, məkanından asılı olmayaraq yerə zibil atmaq qadağandır, eyibdir, mədəniyyətsizlikdir.

Baxırsan şəhərə, ölkəyə, abadlığa, bir də baxırsan abadı bərbad edən adamlara... Sadəcə, içində elə böyük utanc və təəssüf hissi yaranır ki, fikirlərini ifadə edə bilmirsən.

Bəs yaxşı, nə edək? Necə edək?

İçərişəhəri bağlayaq, Göygöl Milli Parkını bağlayaq ki, adamlar gəlib yeri-göyü zibilləməsinlər?

Diqqət edin, insanlar kəndə-şəhərə baxmırlar. Hara gedirlərsə, "iz qoyurlar".

Meşəyə dincəlməyə gedirlər, oranı zibilləyirlər. Hələ ocağı da söndürmürlər, meşədə yanğına səbəb olurlar.

Dəniz kənarına, çimərliyə gedirlər, oranı zibilləyirlər.

Kəndə-kəsəyə, çay sahilinə gedirlər, oranı da zibilləyirlər.

Yenə deyirəm, gör nə həddə çatmışıq ki, yerə zibil atmaq mövzusunu müzakirə edirik.

Necə izah edəsən ki? Nə edəsən ki, bir gün gözünü açıb, özünü boğazadək zibilin içində görməyəsən?

Amma bir təklifim var. Yerə zibil atanların hamısını cərimə etməklə yanaşı, onların fotolarını çəkib böyük bannerlərdə hamıya nümayiş etdirmək lazımdır.

Özü də altyazı ilə - Filankəsov Filankəs, filan yaş, filan yerin sakini. Filan yerdə yerə zibil atdığı üçün filan qədər cərimə olunub və fotosu "şərəf lövhəsi"nə vurulub.

Bəlkə, bundan sonra nəsə düzələ. Amma bir də var ki, özünü öz əli ilə "TikTok"da rüsvay edən adam üçün nə fərqi var, şəkli hara vurulub?

Müəyyən yaşdan sonra insana elementar davranış qaydalarını, sadəcə, izah etməklə öyrətmək mümkün olmur. Daxili səliqə də, təəssüf ki, hər adama fitrətən nəsib olmur - əgər bir şeyi adama Allah verməyibsə, onu bəndə verə bilməz. Hərdən düşünürəm, onun da ürəyi bulanır belə pintilərə baxanda...

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#zibil_problemi#ekoloji_mədəniyyət#İçərişəhər_xalça_festivalı#ətraf_mühitin_çirklənməsi#ictimai_qınaq#Göygöl_Milli_Parkı#tullantıların_idarə_olunması#vətəndaş_məsuliyyəti#cərimələr.

Oxşar Xəbərlər

bp və TLM Azərbaycanda xalça sənətinə dair üç kitabın təqdimatını etdi - FOTOCəmiyyət

bp və TLM Azərbaycanda xalça sənətinə dair üç kitabın təqdimatını etdi - FOTO

Azərbaycan Milli Xalça Muzeyində bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanmış Azərbaycan xalça sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunun təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhərində keçirilən "Beynəlxalq Xalça Festivalı 2026" ilə eyni vaxta təsadüf edib.

Bu gün
18:480
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏBCəmiyyət

İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB

İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.

Bu gün
18:260
Şəmkirdə dörd kənd qazsız qalacaqCəmiyyət

Şəmkirdə dörd kənd qazsız qalacaq

Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
18:100
Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEOCəmiyyət

Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO

Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.

Bu gün
18:080