
Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu
Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.
Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlunun Gundem.today-a verdiyi məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı 16 yaşına çatmayan Şəki rayon sakininin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.
Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.
İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSaxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu - FOTO
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.
KriminalBakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - FOTO
Bakıda şəhid ailəsini təhqir edən həbs olunub.
KriminalFitnes məşqçisindən külli miqdarda narkotik götürüldü - İdman zalında əməliyyat
Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.
KriminalBakıda evlərdən oğurluq edən "qonaq" və "usta" saxlanılıb
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1 000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.