
Zaqatalada canavar 47 yaşlı kişini xəstəxanalıq etdi
Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.
Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəCulfada kanaldan qadın meyiti tapıldı
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.
HadisəSumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ - VİDEO
Sumqayıt-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
HadisəTovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü
Tovuz rayonunda 73 yaşlı kişi dəm qazından boğularaq ölüb.
HadisəAzərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü
Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.