
Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEO
"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".
"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".
Gundem.today xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir və zavodun illik istehsal gücü 100 milyon kubmetr olacaq:
"Bu, hazırda Bakıda istifadə olunan suyun təxminən 25 %-nə bərabərdir və çox böyük göstəricidir. Duzsuzlaşdırma texnologiyası dünyada geniş tətbiq olunur və xüsusilə Yaxın Şərq ölkələrində içməli su təminatının əsas mənbələrindən biridir. Bu prosesdə su yüksək təzyiq altında xüsusi filtrlərdən keçirilərək həm çirkləndiricilərdən, həm də duzdan təmizlənir".
Z.Mikayılov əlavə edib ki, layihənin ekoloji təsiri də beynəlxalq standartlara uyğun qiymətləndirilib və mümkün təsirlər minimum səviyyəyə endirilib:
"Su keyfiyyəti baxımından heç bir problem yoxdur. Əksinə, bəzi hallarda daha yüksək keyfiyyətli su əldə olunur və sonradan lazımi minerallar əlavə edilərək içməli hala gətirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətƏməkdar artist Nicat Kazımov: "Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm" - VİDEO
"Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm".
CəmiyyətBakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQ
Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir
CəmiyyətTural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.
CəmiyyətFəhlə iş zamanı həyatını itirdi
Ağdamda bədbəxt hadisə baş verib.