
Zelenskidən 9 May paradı ilə bağlı məsləhət: "Moskvaya getməyin"
Volodimir Zelenski 9 May ərəfəsində Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad tədbirləri zamanı Moskvaya səfər etməyi məsləhət görmədiyini bildirib.
Volodimir Zelenski 9 May ərəfəsində Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad tədbirləri zamanı Moskvaya səfər etməyi məsləhət görmədiyini bildirib.
Gundem.today xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Prezidentin sözlərinə görə, Ukrayna hərbçiləri Rusiyanın Perm vilayəti və Xəzər dənizi akvatoriyası da daxil olmaqla bir sıra obyektlərə zərbələr endiriblər. Vurulan hədəflər arasında "Kalibr" raketləri daşıya bilən gəmi, eləcə də Ukrayna sərhədindən uzaqda yerləşən neft infrastrukturu da olub.
Zelenski xatırladıb ki, Kiyev mayın 6-dan etibarən atəşkəs təklif etsə də, buna cavab olaraq Rusiya tərəfindən yalnız yeni hücumlar və təhdidlər gəlib.
O qeyd edib ki, Moskva 9 May tədbirlərini sakit şəraitdə keçirməyə çalışır və Ukrayna tərəfinin ehtimalına görə, bundan dərhal sonra hərbi əməliyyatları yenidən aktivləşdirə bilər.
Ukrayna lideri əlavə edib ki, həmin tarixdən sonra mümkün zərbələrin endiriləcəyi ilə bağlı artıq bəyanatlar səsləndirilir.
Zelenski Rusiya rəhbərliyinin açıqlamalarını "qeyri-adekvat məntiq" adlandırıb və Rusiyaya yaxın bəzi ölkələrin 9 May tədbirləri üçün Moskvaya nümayəndə heyətləri göndərməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.
Ukrayna prezidenti həmin ölkələrə Rusiya paytaxtına səfər etməkdən çəkinməyi tövsiyə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də güclü qasırğa: Missisipidə yüzlərlə ev dağılıb, yaralılar var - VİDEO
ABŞ-də baş verən güclü qasırğa nəticəsində yüzlərlə ev dağılıb, çoxlu sayda ağac aşıb.
Dünyaİran səmasında gərginlik: İki PUA vurularaq məhv edildi
İranın hava hücumundan müdafiə (HHM) sistemləri ölkə səmasında iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.
DünyaTramp Avropa İttifaqına ticarət sazişi ilə bağlı xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı apardığını açıqlayıb. Söhbət zamanı Vaşinqton və Brüssel arasında imzalanmış ticarət sazişinin icra müddəti diqqət mərkəzində olub.
DünyaMeksikada qəzəbli sakinlər merə hücum çəkdilər
Meksikanın mərkəzində yerləşən Puebla ştatının Ueyapan bələdiyyəsində sakinlər uzun müddətdir davam edən ərazi mübahisəsi səbəbindən əllərində baltaya oxşayan kənd təsərrüfatı alətləri ilə mer Alfonso Lino Pososa hücum edərək onu linç etməyə cəhd göstəriblər.