Son dəqiqə
Tanınmış rusiyalı teleaparıcı vəfat etdiABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq""Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEOMüctəba Xameneinin son vəziyyəti AÇIQLANDIElvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
Cəmiyyət

300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"

Bu gün
18:28
0 baxış
Paylaş:

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.

Zəhra Zərbəliyeva əldə etdiyi uğurla bağlı təəssüratlarını Gundem.today-la bölüşüb.

O bildirib ki, nəticəni öyrəndiyi an onun üçün həm həyəcanlı, həm də unudulmaz olub:

"Çox həyəcanlandım. Müəlliməm və rəfiqəm yanımda idilər. Nəticəyə baxanda bir anlıq inana bilmədim. Sonra hamımız sevinc hissi keçirdik. Ətrafımdakı insanların reaksiyası məni daha da sevindirdi".

Şagird yüksək nəticəyə təsir edən əsas amillərdən danışarkən sistemli hazırlığın vacibliyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, uğur təsadüf deyil, düzgün planlaşdırılmış rejimin nəticəsidir:

"Orta hesabla gündə 3-4 saat dərs oxuyurdum. Əsas məsələ sistemli olmaqdır. Sadəcə, çox oxumaq yox, düzgün və planlı şəkildə oxumaq lazımdır. Düşünürəm ki, şagird həm dərslərinə, həm də istirahətinə vaxt ayırmalıdır. Bu balans qorunanda nəticə daha yaxşı olur".

Z.Zərbəliyeva qeyd edib ki, yüksək nəticə əldə etmək üçün erkən mərhələdən məqsəd müəyyənləşdirmək mühüm rol oynayır:

"Əvvəldən məqsəd qoymaq vacibdir. Mən birinci sinifdən bütün fənləri yaxşı oxumuşam, həmişə əlaçı olmuşam. Bu da sonrakı nəticələrimə təsir edib. Qırmızı attestatım var".

Gələcək planlarından danışan Zəhra informasiya texnologiyaları sahəsində təhsil almaq istədiyini bildirib. O, bu sahədə özünü inkişaf etdirərək uğurlu mütəxəssis olmağı hədəflədiyini deyib.

Şagird qəbul imtahanı ilə bağlı gözləntilərini də bölüşüb:

"İnşallah, qəbul imtahanında da yüksək nəticə göstərərək 350-dən yuxarı bal toplamağı hədəfləyirəm".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Buraxılış_imtahanları#Dövlət_İmtahan_Mərkəzi_(DİM)

Oxşar Xəbərlər

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVABCəmiyyət

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Bu gün
19:120
Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıbCəmiyyət

Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıb

Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:000
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏLCəmiyyət

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

Bu gün
18:440
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilibCəmiyyət

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.

Bu gün
18:400