Son dəqiqə
Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEOHikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEOƏlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?Tanınmış rusiyalı teleaparıcı vəfat etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB
Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB
Cəmiyyət

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB

Bu gün
19:12
0 baxış
Paylaş:

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl sözügedən məkanda yeni obyektin inşasına başlanılıb və bundan sonra evlərdə çatlar yaranıb:

"Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük zərər isə mənim evimə vurulub. Otaqlar bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib".

Baku TV-nin xəbərinə görə, tikinti aparan tərəf isə iddialarla razılaşmır. Bildirilir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.

"Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var", - deyə tikinti şirkətinin nümayəndəsi Vasif İsmayılov qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin şöbə rəisinin müavini Ehtiram Xəlilov isə bildirib ki, Sumqayıt şəhəri İnşaatçılar yaşayış massivi, Koroğlu prospekti, giriş 82 ünvanında inşa olunan qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədləri alınıb:

"Obyektin tikintisinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət edilir. Qeyd olunan məsələ ilə bağlı əraziyə baxış zamanı fərdi yaşayış evlərində çatların əmələ gəlməsinə səbəb kimi göstərilən qeyri-yaşayış obyekti fərdi yaşayış evlərindən uzaq məsafədə yerləşdiyindən iddia öz təsdiqini tapmayıb".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sumqayıt#İnşaatçılar_qəsəbəsi#Betonzavod_ərazisi#tikinti_şikayəti#evlərdə_çatlar#Fövqəladə_Hallar_Nazirliyi#FHN#qeyri-yaşayış_obyekti#tikinti_şirkəti#Sumqayıt_Şəhər_İcra_Hakimiyyəti.

Oxşar Xəbərlər

Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEOCəmiyyət

Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO

Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.

Bu gün
20:360
Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?Cəmiyyət

Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.

Bu gün
20:000
Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıbCəmiyyət

Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıb

Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:000
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏLCəmiyyət

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

Bu gün
18:440