
508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldülər
Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.
Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.
Bu barədə Gundem.today-a sərnişinlər məlumat veriblər.
Avtobusun hərəkət zamanı nasazlıq səbəbindən dayandığı, sərnişinlərin isə nəqliyyat vasitəsindən düşürüldükləri bildirilib.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Gundem.today-ın sorğusuna cavab olaraq nəzərə çatdırıb ki, ötən gün saat 07:43-də "BakuBus" MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qısa müddətli texniki nasazlıq qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkətdə olan avtobusun sürücüsü dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə xəbər verib:
"Mərkəzdən ötürülən müvafiq təlimatlara əsasən nasazlıq operativ şəkildə aradan qaldırılıb. Nəticədə avtobus saat 07:50-də marşrut üzrə hərəkətini davam etdirib.
Baş vermiş halın sərnişinlər üçün yaratdığı müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Cəmiyyət"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO
Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
CəmiyyətYazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJ
Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.
CəmiyyətYazın ortasında qış mənzərəsi – Kəlbəcərdən VİDEO - FOTOREPORTAJ
Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.