
ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, "United Airlines"ın rəhbəri Skott Kirbi iki şirkətin birləşməsi təklifini ABŞ rəsmilərinə çatdırıb. Ancaq potensial müqavilə üzrə konkret danışıqların başlanıb-başlanmadığı hələlik aydın deyil.
Adıçəkilən hər iki şirkət Amerikanın dörd ən iri aviadaşıyıcıları siyahısındadır və ölkənin hava nəqliyyatı bazarının təqribən üçdə birini əhatə edirlər.
"Bloomberg"in məlumatına görə, "United Airlines" ilə "American Airlines"in mümkün birləşməsi nəticəsində dünyanın ən nəhəng aviaşirkəti əmələ gələcək ki, bu da siyasətçilər, rəqiblər və müştərilər tərəfindən ciddi antiinhisar narahatlıqlarına və kəskin reaksiyalara yol aça bilər.
Agentlik əlavə edir ki, ABŞ və İran arasındakı hərbi münaqişənin qlobal bazarlara təsiri və bunun ardınca yaranan yanacaq böhranı birləşmə müzakirələrinə təkan verib.
S.Kirbi daha öncə şirkət əməkdaşlarına ünvanladığı məktubunda bildirmişdi ki, neft və yanacaq qiymətlərinin bahalaşması fonunda baş verə biləcək sənaye şokları yeni satınalma fürsətləri verəcək və fayda gətirəcək. Hazırda "United Airlines"in bazar dəyəri təxminən 31 milyard dollar, "American Airlines"in kapitalizasiyası isə təqribən 7,4 milyard dollar səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, bu iki nəhəng aviadaşıyıcının birləşmə prosesi ABŞ Ədliyyə və Nəqliyyat nazirlikləri tərəfindən təsdiqlənməlidir.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi daha əvvəl bildirmişdi ki, administrasiya bu tipli müqavilələri qiymətləndirərkən onların daxili və qlobal rəqabət mühitinə, eyni zamanda aviabiletlərin qiymətinə necə təsir göstərəcəyini diqqətlə təhlil edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Haber Global": Konyada hərbi təlimə Azərbaycan iki "Su-25" döyüş təyyarəsi ilə qatılıb - VİDEO
Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də qatıldığı "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Dünyaİtaliya İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdı
İtaliya Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar olaraq İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib.
DünyaXameneidən "üçüncü məcburi müharibə" məsələsinə reaksiya - FOTO
İran İslam Respublikasının Ali Rəhbəri Müctəba Xamenei "üçüncü məcburi müharibə" adlandırılan məsələyə dair bir sıra prinsipial mövqelərini açıqlayıb.
DünyaABŞ-də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu açıqlandı
Livan və İsrail arasında bu gün axşam saatlarında Vaşinqtonda keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.