
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib.
Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib.
Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Sevinc Əlisəfa qızı Hüseynovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Sevinc Əlisəfa qızı Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu
Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalBöyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO
Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.
KriminalRüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
KriminalAğır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
"Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.