
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib
Bu ilin ilk rübündə xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.
Bu ilin ilk rübündə xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin I rübündə TKTA-ya xarici kvalifikasiyaların tanınması ilə bağlı 1 305 müraciət daxil olub.
Qeyd edilib ki, müraciətçilərin 1 050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərə baxdıqda ən çox Türkiyə, Rusiya və Ukraynadan olub. Belə ki, Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək
Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək.
CəmiyyətSürücülərə sürüşmə təhlükəsi yaranan Bibiheybət yolu ilə bağlı ŞAD XƏBƏR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
CəmiyyətQusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ÖZƏL
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub.
CəmiyyətOrdubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO
Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib.