
800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.
Gundem.today "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanılıb.
Daha sonra təqsirləndirilən şəxs Raqif Abbasovun vəkili mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.
Daha sonra proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onların barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Hazırkı vaxta qədər onların əməlləri nəticəsində dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.
Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalLondonda sinaqoqun qarşısında bıçaqlı hücum: Xəsarət alanlar var - FOTO - VİDEO
Bir kişi Londonun şimalında, yəhudi icmasının yaşadığı rayonda bıçaqla iki nəfəri yaralayıb.
KriminalMaşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəməsi başlayıb.
KriminalBakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - VİDEO
Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.
Kriminal69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən şəxsin aprelin 29-da ölkəmizə ekstradisiyası həyata keçirilib.