
Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - VİDEO
Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.
Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.
Onların maşından oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir KIA markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.
Saxlanılanlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.
KriminalMaşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Kriminal69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən şəxsin aprelin 29-da ölkəmizə ekstradisiyası həyata keçirilib.
KriminalMəktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.