
ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The War Zone" (TWZ) nəşri məlumat verib.
"Dəniz gəmisindən başqa bir gəmiyə qarşı göyərtə topundan sonuncu təkzibolunmaz hal "Praying Mantis" əməliyyatı zamanı baş verib", - deyə ABŞ HDQ-nin adı açıqlanmayan nümayəndəsi portala bildirib.
"Praying Mantis" əməliyyatı ABŞ Silahlı Qüvvələri tərəfindən 18 aprel 1988-ci ildə Fars körfəzində ABŞ freqatının İran minası tərəfindən batırılmasına cavab olaraq həyata keçirilib. Hərbi əməliyyatlar nəticəsində ABŞ İrana məxsus iki neft platformasını, bir freqatı və bir kateri məhv edib. O zaman "Praying Mantis" əməliyyatı ABŞ üçün İkinci Dünya müharibəsindən bəri ən böyük dəniz əməliyyatı olub.
Aprelin 19-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəndər Abbas limanına doğru gedən "Touska" yük gəmisinin ələ keçirildiyini bildirib. Onların məlumatına görə, "Spruance" gəmisi 127 mm-lik "Mark 45" topundan gəminin mühərrik kabinəsinə bir neçə atəş açıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Mossad agentini edam edib - FOTO
İsrailin "Mossad" (İsrail kəşfiyyat agentliyi) kəşfiyyat qurumunun agenti Sultan Əli Şirzadi Fəxr İranda asılaraq edam cəzasına məruz qalıb.
DünyaBarrak: "Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər"
"Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər".
DünyaABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıb
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) direktoru vəzifəsini icra edən Todd Lyonsa hədə-qorxu dolu mesajlar göndərməkdə şübhəli bilinən Daniel Barber San-Fransisko şəhərində tutularaq həbs edilib.
DünyaABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?
ABŞ ordusunun Hörmüz blokadasının başlanmasından bəri İrana yön alan və bu ölkənin sahillərindən yola düşməyə cəhd edən 31 gəminin istiqamətini dəyişdirib.