
İran Mossad agentini edam edib - FOTO
İsrailin "Mossad" (İsrail kəşfiyyat agentliyi) kəşfiyyat qurumunun agenti Sultan Əli Şirzadi Fəxr İranda asılaraq edam cəzasına məruz qalıb.
İsrailin "Mossad" (İsrail kəşfiyyat agentliyi) kəşfiyyat qurumunun agenti Sultan Əli Şirzadi Fəxr İranda asılaraq edam cəzasına məruz qalıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə İran İslam Respublikasının Fars informasiya agentliyi rəsmi açıqlama yayıb.
Agentliyin nəşr etdiyi məqalədə bildirilir: "Şir-Əlinin oğlu Sultan Əli Şirzadi Fəxr, hüquqi prosedurlar tamamlandıqdan və verilən hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra terror qruplaşmasına üzvlük və sionist rejimin kəşfiyyat strukturu ilə əməkdaşlıq ittihamı əsasında asılaraq edam olunub".
Həmin şəxs eyni zamanda İrana qarşı yönəldilmiş terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.
Qeyd edilib ki, Əli Şirzadi 2012-ci ilin mart ayında İraq silahlı qüvvələrinin Əşrəf düşərgəsinə basqın etdiyi dövrdə adıçəkilən məhkum müqavimət göstərənlər arasında olub. O, ordunun düşərgə ərazisinə daxil olmasına mane olmağa cəhd edənlər sırasında yer alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEO
İran hərbçilərinin Hörmüz boğazında iki konteyner gəmisini ələ keçirməsinin görüntüləri yayılıb.
DünyaABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nüvə mühəndisi Coşua Leblanın cəsədi Alabama ştatında itkin düşməsindən təxminən bir il sonra yanmış "Tesla" avtomobilində tapılıb.
Dünyaİran Hörmüzdən qazanc əldə etməyə başladı
İran rəhbərliyi tarixində ilk dəfə Hörmüz boğazından hərəkət edən gəmilərə tətbiq olunan rüsumlar vasitəsilə qazanc təmin edib.
DünyaABŞ kəşfiyyat təyyarəsi Qara dənizdə yenidən göründü - Nə baş verir?
Amerika Birləşmiş Ştatlarına məxsus kəşfiyyat təyyarəsi altı gün sonra yenidən Qara dəniz səmasında müşahidə edilib.