
ABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edib
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
İnsident Arkanzas ştatının Consboro şəhərində qeydə alınıb. Təhsil müəssisəsinin 51 yaşlı rəhbəri Meri Treysi Morrison orada şagirdlər üçün döyüş klubu qurub. Zərərçəkən məktəblilərdən birinin valideyninin bildirdiyinə əsasən, onun övladı təhsil ocağında həm mənəvi, həm də fiziki təzyiqlə üzləşib. Sonradan polis əməkdaşları uşaqlardan birinin 18 həmyaşıdının əhatəsində mərkəzə çıxarıldığını əks etdirən videogörüntülər tapıblar.
İstintaq sənədlərində qeyd olunur ki, Morrison digər uşaqlara mərkəzdəki şagirdin üzərinə əllərini qoymağı və onu naməlum bir cisimlə döyməyi əmr edib.
Kadrlarda eyni zamanda bir məktəblinin təpik zərbələrinə məruz qaldığı və boğulduğu da görünür.
İstintaqçıların məlumatına görə, zorakılıqdan sonra direktor əli ilə işarə edərək prosesdən razı qaldığını nümayiş etdirib. İşgəncə təqribən yarım saat sürüb. Sonda isə zərərçəkən şagird digərlərindən üzr istəməyə məcbur edilib və ona bu barədə heç kimə məlumat verməməsi tapşırılıb.
Aparılan araşdırmaların yekununda Morrison uşaqlara qarşı istismar üzrə bir, yetkinlik yaşına çatmayan şəxsləri qeyri-qanuni əməllərə sövq etmə üzrə isə dörd maddə ilə günahını boynuna alıb. Hakim ona 30 günlük həbs, elektron qolbaq daşımaqla 120 günlük ev dustaqlığı və doqquz illik şərti cəza təyin edib. Bundan əlavə, ona azyaşlılarla işləmək qadağası qoyulub və psixoloji müayinədən keçməsi barədə qərar çıxarılıb. Bu cinayət işi çərçivəsində məktəbin əlavə üç əməkdaşı da saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluqda ittiham olunan dövlət qulluqçusunun saxlanıldığını açıqlayıb.
DünyaÇinin məxfi silahının sınağı keçirildi - VİDEO
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) adı və təyinatı açıqlanmayan yeni silah növünü test etməsinə dair kadrlar yayılıb.
DünyaÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub.
Dünya"İranın heç bir şansı yoxdur" - Trampdan sərt mesajlar
"ABŞ İranın Silahlı Qüvvələrini təxminən iki həftə ərzində faktiki olaraq məhv edib".