Son dəqiqə
Fatih Birol: "Hazırda dünya tarixinin ən böyük enerji böhranı yaşanır"Azərbaycanda qadın sahibkarların qarşılaşdığı əsas ÇƏTİNLİKLƏR AÇIQLANDI - FOTONaxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDISumqayıtda sərnişin avtobusu əks hərəkət zolağına çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEO"BRAVO": 10 İlin ParıltısıGümüşün qiyməti 75 dollardan aşağı düşüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO
ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO
Dünya

ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO

Bu gün
15:00
0 baxış
Paylaş:

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nüvə mühəndisi Coşua Leblanın cəsədi Alabama ştatında itkin düşməsindən təxminən bir il sonra yanmış "Tesla" avtomobilində tapılıb.

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nüvə mühəndisi Coşua Leblanın cəsədi Alabama ştatında itkin düşməsindən təxminən bir il sonra yanmış "Tesla" avtomobilində tapılıb.

Gundem.today xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Nəşrin yazdığına görə, 29 yaşlı mütəxəssis 2025-ci il iyulun 22-də Hantsvildə elektromobilinin maneəyə və ağaclara çırpılması nəticəsində baş verən qəzada həlak olubmuş.

Həmin günün səhəri Leblanın ailəsi onun itkin düşməsi barədə məlumat verib. Onların sözlərinə görə, o, əlaqəyə çıxmayıb və NASA-da işə gəlməyib.

Mütəxəssis idarədə kosmik uçuşlar üçün nüvə mühərrikləri sahəsində layihələrlə məşğul olurmuş. Maşında yanan şəxs NASA-da təxminən beş il yarım işləyib. Yaxınları kişinin qaçırılmasından şübhələniblər.

Qeyd olunur ki, Leblanın meyiti tanınmaz dərəcədə yanıb. Onun şəxsiyyəti cəsədi aşkarlanandan üç gün sonra müəyyən edilib.

Baş verən hadisə nüvə elmi və kosmik tədqiqatlarla bağlı alimlərin müəmmalı ölümləri və itkin düşmələri silsiləsinə aid edilir. 2023-cü ildən etibarən ən azı səkkiz alim müəmmalı şəraitdə həlak olub və ya itkin düşüb. ABŞ-nin Federal Təhqiqatlar Bürosu bu işlər arasında əlaqələrin axtarılması üçün Energetika və Müdafiə Nazirliyi, yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini təsdiqləyib. ABŞ Prezidenti Donald Tramp da vəziyyətin onun nəzarətində olduğunu bəyan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#NASA#Coşua_Leblan#nüvə_mühəndisi#itkin_düşən_alim#Tesla_qəzası#kosmik_tədqiqatlar#müəmmalı_ölüm#ABŞ#alimlərin_ölümü#yol-nəqliyyat_hadisəsi

Oxşar Xəbərlər

Fatih Birol: "Hazırda dünya tarixinin ən böyük enerji böhranı yaşanır"Dünya

Fatih Birol: "Hazırda dünya tarixinin ən böyük enerji böhranı yaşanır"

"ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatların səbəb olduğu enerji problemi dünya tarixinin ən böyük böhranıdır".

Bu gün
16:360
Paşinyan Anna Akopyanla barışırDünya

Paşinyan Anna Akopyanla barışır

Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan Anna Akopyanla yenidən bir araya gəlmək üçün addımlar atıb.

Bu gün
15:400
"WhatsApp" çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? - Yeni funksiya əlavə ediləcəkDünya

"WhatsApp" çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? - Yeni funksiya əlavə ediləcək

Bir çox insanın "WhatsApp"da iştirakçısı olduğu çatlar var ki, saatlarla davam edən sükutdan sonra çox sayda oxunmamış mesaj yığılır və yenidən girdikdə onları oxumaq problemə çevrilir. "WhatsApp" bu problemə həll yolu təklif edib və yaxın zamanda yeni funksiyanın əlavə edilməsi planlaşdırılır.

Bu gün
15:320
SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEODünya

SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEO

İran hərbçilərinin Hörmüz boğazında iki konteyner gəmisini ələ keçirməsinin görüntüləri yayılıb.

Bu gün
15:080