
Paşinyan Anna Akopyanla barışır
Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan Anna Akopyanla yenidən bir araya gəlmək üçün addımlar atıb.
Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan Anna Akopyanla yenidən bir araya gəlmək üçün addımlar atıb.
Gundem.today Ermənistan KİV-ə istinadla məlumat verir ki, baş nazir bu barədə mətbuat konfransı zamanı media nümayəndəsinin müvafiq sualına cavab verərkən qeyd edib.
Hökumət rəhbərinin sözlərinə görə, fevral ayının axırlarında Akopyanın birlikdə yaşamamaq qərarını (iqamətgahı tərk edərək kirayə çıxmasını - red.) ictimaiyyətə açıqlamasından sonra, o bu seçimə hörmətlə yanaşdığını bildirib. Ancaq vurğulayıb ki, qərara hörmət etmək onunla tamamilə razılaşmaq anlamına gəlmir.
Paşinyan qeyd edib: "Məhz bu səbəbdən münasibətlərin bərpası üçün cəhd göstərdim və ailəmizi qoruyub saxlamaq üçün mənə daha bir imkan yarandığına görə xoşbəxtəm".
Qeyd edək ki, bir müddət öncə Paşinyan dövlət iqamətgahından video yayımlayıb və kadrların fonunda qısa müddətlik Anna Akopyan da diqqət çəkib. Bunun ardınca cütlük Gümrü şəhərində təşkil olunan avtoyürüşdə birgə iştirak edib.
Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? - QORXUNC SSENARİ
ABŞ hərbi müdaxilələrə yenidən başlayacağı halda İran ordusu vuracağı obyektlərin siyahısını tərtib edib.
DünyaAlmaniya Bundestaqının sədri kiberhücumun qurbanı oldu
Almaniya Bundestaqının sədri Yuliya Klyokner kiberhücumun qurbanı olub.
DünyaAİ Ukraynaya 90 milyard yardımı və Rusiyaya qarşı yeni sanksiyaları TƏSDİQLƏDİ
Avropa İttifaqı Şurası nazirlik səviyyəsində Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində maliyyələşdirilməsi prosedurunun və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin icrasını başa çatdırıb.
DünyaKanada aviaşirkətləri uçuşları ləğv etməyə başlayıb
Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən uçuşları ləğv etməyə başlayıb.