
ABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
Gundem.today-ın xəbərinə görə, bu barədə yerli "6ABC" telekanalı polisdəki mənbələrinə istinadən məlumat verib.
Bildirilib ki, silahlanmış şəxslər avtomobilə hücum ediblər və tez bir zamanda mavi rəngli maşınla gözdən itiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra tərk edilmiş həmin avtomobili başqa bir ərazidə tapıblar.
Lakin polis qarətçiləri hələ də tapa bilməyib. İstintaqa ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri də qoşulublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandı
İsveçin mərkəzi hissəsində yerləşən Berlinqe bələdiyyəsində 20-dən çox məktəb mümkün zorakılıq hədələri səbəbindən bağlanıb.
DünyaPolşa Xarici İşlər Nazirliyindən qalmaqallı ABŞ-li reper Kanye Uestlə bağlı qərar
Polşa xarici işlər naziri Radoslav Sikorski ABŞ-li reper Kanye Uestin (indi Ye kimi tanınır) ölkəyə girişini qadağan edib.
DünyaNiderlandda bankomat partladıldı: Sakinlər təxliyə edildi, saxlanılanlar var - VİDEO
Niderlandın Harlem şəhərində bankomatlardan biri içindəki pul vəsaitlərini oğurlamaq məqsədilə partladılıb.
DünyaABŞ Konqresi nazirliyi pulsuz qoyub - May ayından maaşların verilməsi dayandırıla bilər
"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".