
Valideynlər Nərimanovda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI - VİDEO
Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Baku TV-nin məlumatına görə, hadisə Böyükşor qəsəbəsi ərazisində yerləşən 73 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Məlumata görə, məktəbə uşaqlarını gətirən iki valideyn arasında avtomobil saxlamaq üstündə yaranan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib və tərəflərdən biri üzərində olan bıçaqla digərinə xəsarət yetirib.
"Valideynlərdən biri maşını məktəbin qarşısında saxlamışdı.
Digər valideyn deyib ki, maşını götür, camaat rahat girib-çıxsın. Bundan sonra aralarında mübahisə yaranıb", - deyə hadisə şahidi bildirib.
Əraziyə polis əməkdaşları cəlb olunub, əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır? - VİDEO
Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmənin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması ilə nəticələnən hadisə məktəblərdə psixoloji xidmətin effektivliyi məsələsini yenidən gündəmə gətirib.
CəmiyyətGoranboyda unudulan kənd: Nə normal asfalt var, nə də içməli su - VİDEO
Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində sakinlər yol və içməli su problemi ilə üzləşiblər.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir? - FOTO - 22.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətGəncədə fəaliyyət göstərən "Kəpəz-Bazar"da nöqsanlar aşkarlanıb - FOTO
Gəncə şəhərində yerləşən "Kəpəz-Bazar" ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirilib.