
ABŞ-də təyyarə çörək maşını ilə toqquşdu: Xəsarət alan var - VİDEO
Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.
Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Hadisəyə baxmayaraq, Venesiyadan gələn təyyarə təhlükəsiz eniş edib. Lakin zərbə nəticəsində yük maşınının kabin şüşəsi çatlayıb, sürücü isə xəsarət alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.
ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hadisənin səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıb.
"United Airlines" nümayəndələri sərnişinlərdən və ya heyət üzvlərindən heç kimin xəsarət almadığını təsdiqləyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNyu-Yorkun keçmiş meri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Nyu-Yorkun keçmiş meri Rudi Culiani ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
DünyaHörmüz boğazında gəmiyə naməlum hücum olub
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında tanker naməlum hücuma məruz qalıb.
DünyaDünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdır
"Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 000 dollara çatmır".
DünyaHindistanda sərnişin hava limanında təyyarədən yerə tullandı, uçuşlarda fasilə yarandı
Hindistanın Çennai şəhərinin beynəlxalq hava limanında təyyarə enişdən sonra yerdə hərəkət edərkən sərnişin onun göyərtəsindən tullanıb.