
Hindistanda sərnişin hava limanında təyyarədən yerə tullandı, uçuşlarda fasilə yarandı
Hindistanın Çennai şəhərinin beynəlxalq hava limanında təyyarə enişdən sonra yerdə hərəkət edərkən sərnişin onun göyərtəsindən tullanıb.
Hindistanın Çennai şəhərinin beynəlxalq hava limanında təyyarə enişdən sonra yerdə hərəkət edərkən sərnişin onun göyərtəsindən tullanıb.
Gundem.today "The Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, "Air Arabia" aviaşirkətinin reysi ilə uçan sərnişin qəza çıxışını açaraq təyyarənin enişindən qısa müddət sonra uçuş-enmə zolağına atılıb.
Hava limanı rəhbərliyi ehtiyat tədbiri olaraq əsas zolağı bağlayıb. Nəticədə bir neçə reys digər hava limanlarına yönləndirilib, uçuş cədvəlində fasilələr yaranıb.
Sərnişinin şəxsiyyəti müəyyən edilib. O, 29 yaşlı Məhəmməd Şərif Məhəmməd Nəcmuddindir. O, öz hərəkətini "qeyri-sabit psixi vəziyyəti" ilə əlaqələndirib. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniyada İran müharibəsi səbəbindən aviaşirkətlərə güzəştlər edildi
Birləşmiş Krallıq hakimiyyəti İranda müharibə səbəbindən aviasiya yanacağının mümkün qıtlığı fonunda aviaşirkətlər üçün güzəştlər tətbiq edib.
DünyaYaponiyada ayı itlə gəzən qadına hücum edib
Yaponiyanın qərbində yerləşən Toyama şəhərində ayı itlə gəzən 40 yaşlı qadına hücum edib.
DünyaÇində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb.
DünyaKİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblər
NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub.