
ABŞ-də Trampın təsviri olan pasportlar buraxılacaq - FOTO
Dövlət Departamenti ABŞ-nin 250 illik yubileyi ərəfəsində ölkə rəhbəri Donald Trampın təsviri əks olunan məhdud sayda pasportların buraxılışına hazırlaşır.
Dövlət Departamenti ABŞ-nin 250 illik yubileyi ərəfəsində ölkə rəhbəri Donald Trampın təsviri əks olunan məhdud sayda pasportların buraxılışına hazırlaşır.
Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Bildirilib ki, xatirə sənədinin daxili hissəsində qızılı rəngli imzanın üzərində Ağ Ev rəhbərinin şəkli yer alacaq. Üz qabığında isə böyük qızılı hərflərlə dövlətin adı və "Pasport" sözü yazılacaq. Sənədin arxa tərəfində qızılı laminatla işlənmiş ABŞ bayrağı və 250 rəqəminin təsvir edilməsi nəzərdə tutulur.
Onların ümumi sayının 25-30 min nüsxə olması planlaşdırılır. Yubiley pasportlarını iyulun 4-dən etibarən Vaşinqtondakı pasport ofisinə şəxsən müraciət edərək sənədləşdirmə aparan şəxslər əldə edə biləcəklər.
Bir müddət əvvəl yeni dollar əsginaslarında da ilk dəfə olaraq hazırkı ölkə prezidentinin imzasının yer alacağı bildirilib. Maliyyə naziri Skott Bessent bu addımı böyük ölkənin və prezidentin tarixi nailiyyətlərini qəbul etməyin ən təsirli yolu kimi qiymətləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampa hücum etməkdə şübhəli bilinən şəxsin saxlanılmasının təfərrüatı bəlli oldu
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Koul Allen büdrəyib yıxıldıqdan sonra saxlanılıb.
Dünya"Brent" markalı neft bahalaşmaqda davam edir
Qlobal bazarda "Brent" markalı neft bahalaşmaqda davam edir.
DünyaQolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
"Trump National Doral" qolf kurortunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bürüncdən hazırlanmış qızılı rəngdə heykəli ucaldılıb.
DünyaKral III Çarlz Donald Trampa gəmi zəngi hədiyyə etdi - VİDEO
Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa "HMS Trump" adlı Britaniya sualtı qayığına məxsus gəmi zəngi hədiyyə edib.