Son dəqiqə
"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilərAnar Əliyev: "59000-dən çox şəxs peşə hazırlığına cəlb edilib"ABŞ-də Trampın təsviri olan pasportlar buraxılacaq - FOTO7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİXaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTOQolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilər
"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilər
Digər

"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilər

Bu gün
10:56
0 baxış
Paylaş:

Aprelin 27-də "EY Azerbaijan" və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən "Listinqin vergi baxımından üstünlükləri" seminarında listinqin yaratdığı imkanlar və səhm bazarında son dövrlərdə müşahidə olunan inkişaflar ətrafında müzakirələr aparılıb.

Aprelin 27-də "EY Azerbaijan" və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən "Listinqin vergi baxımından üstünlükləri" seminarında listinqin yaratdığı imkanlar və səhm bazarında son dövrlərdə müşahidə olunan inkişaflar ətrafında müzakirələr aparılıb.

Tədbir EY şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva və BFB-nin baş kommersiya inzibatçısı Oqtay Qasımovun açılış nitqləri ilə başlayıb.

Arzu Hacıyeva seminarın uzun müddətdir planlaşdırıldığını və onun "PAŞA Bank" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) dövrünə təsadüf etməsinin simvolik məna daşıdığını qeyd edib. O bu cür proseslərin kapital bazarının inkişafı baxımından mühüm rol oynadığını bildirib, investisiya qərarlarında gəlirliliyə xüsusi önəm verən investorların hələ də çox vaxt daşınmaz əmlaka üstünlük verməsini maraqlı məqam kimi dəyərləndirib.

Oqtay Qasımov Azərbaycanda investisiya bazarının inkişaf tendensiyaları, şirkətlər və investorlar üçün investisiyaların yaratdığı faydalar, bazara çıxış imkanlarının genişləndirilməsinin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, həmçinin istiqraz və səhm bazarlarının davamlı şəkildə izlənildiyini və şirkətlərin kapital bazarına çıxışının təşviq edildiyini vurğulayıb.

Arzu Hacıyevanın moderatorluğu, "PAŞA Bank" ASC-nin Treydinq şöbəsinin rəhbəri Sərxan Piriyevin və BFB-nin Listinq bölməsinin rəhbəri Fərhad Mansurovun spikerlər qismində iştirakı ilə keçirilən panel müzakirələri çərçivəsində Azərbaycanda kapital bazarının inkişafı, səhm və istiqrazların investisiya aləti kimi üstünlükləri, investisiya gəlirlərinin vergiyə cəlb edilməsi praktikası, açıq bazarlardan kapitalın cəlb edilməsinin şirkətlər üçün üstünlükləri, vergi mühitinin investisiya cəlbediciliyinin artırılmasında rolu, müasir kapital bazarında formalaşan imkan və inkişaf perspektivləri işıqlandırılıb.

Sərxan Piriyev öz çıxışında özəl şirkət və özəl bank tərəfindən səhmlərin ilk dəfə açıq bazarda investorların ixtiyarına təqdim edilməsi, abunə yazılışı prosesi və müəyyən edilmiş prioritetlər, səhm qiymətinin hansı amillərdən asılı olaraq formalaşması, bankın dividend siyasəti, səhmlərin paylanması prosesi, tələbat təklif olunan səhmlərin sayını üstələdikdə prioritet prinsipləri və sair mühüm məsələlər barədə ətraflı danışıb.

Fərhad Mansurov əsas investisiya alətləri olan səhm və istiqrazlar haqqında məlumat verərək, emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim etmək məqsədilə 2026-cı il mayın 6-dan etibarən yeni listinq qaydalarının tətbiqi barədə iştirakçıları məlumatlandırıb. Bundan əlavə, spiker səhmlər və istiqrazların bazar seqmentləri, hər bir seqmentin xüsusiyyətləri, gündəlik bazar qiymətlərinin izlənilməsi üsulları kimi məsələlərə də toxunub.

Spikerlərin təqdimatlarından sonra təşkil olunan sual-cavab sessiyası interaktiv formatda keçib, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.

EY şirkəti bu kimi tədbirlər vasitəsilə kapital bazarının dayanıqlı inkişafına, müvafiq maarifləndirmənin artırılmasına və investisiya gəlirləri üzrə daha şəffaf vergi mühitinin formalaşmasına gələcəkdə də xidmət etməyə iddialıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Bakı_Fond_Birjası#EY_Azerbaijan

Oxşar Xəbərlər

Azərbaycanın Enerji Sektorunun Liderlərindən Olan "Hilal Elektrik" 30 İllik Yubileyini Qeyd EdirDigər

Azərbaycanın Enerji Sektorunun Liderlərindən Olan "Hilal Elektrik" 30 İllik Yubileyini Qeyd Edir

Ölkənin energetika və sənaye təchizatı sahəsində fəaliyyət göstərən ən köklü şirkətlərindən biri olan "Hilal Elektrik" bu il fəaliyyətinin 30-cu ildönümünə qədəm qoyur. 1996-cı ildə Zikrullah Günaydın tərəfindən təsis edilən şirkət, ötən üç onillik ərzində Azərbaycanın elektrik infrastrukturu və kəsintisiz enerji təminatı sahəsində etibarlı tərəfdaşa çevrilib.

Bu gün
10:470
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilibDigər

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində "Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır" mövzusunda konfrans təşkil edilib.

Bu gün
09:430
"Porsche" SUV model sırasını genişləndirirDigər

"Porsche" SUV model sırasını genişləndirir

İkonadan ilhamlanıb: yeni "Porsche Cayenne Coupe Electric":

Dünən
16:060
"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTODigər

"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTO

Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub. "LUKOIL-Azərbaycan QSC"nin sifarişi ilə tədbirin konsepti və icrası "Urban Crew" şirkəti tərəfindən həyata keçirildi.

24 aprel 2026
17:500