
ABŞ dron istehsal xərclərini 242 dəfə artırmağı planlaşdırır
ABŞ Hərb Nazirliyi (Pentaqon) tərkibində fəaliyyət göstərən Avtonom Döyüş Sistemləri Qrupu (DAWG) rəhbərlikdən öz maliyyələşməsinin 242 dəfə çoxaldılmasını istəyib.
ABŞ Hərb Nazirliyi (Pentaqon) tərkibində fəaliyyət göstərən Avtonom Döyüş Sistemləri Qrupu (DAWG) rəhbərlikdən öz maliyyələşməsinin 242 dəfə çoxaldılmasını istəyib.
Gundem.today xəbər verir ki, bu barədə "RIA Novosti" aidiyyəti sənədlərə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, DAWG üçün nəzərdə tutulan vəsait 225 milyon dollardan 2027-ci ildə 54.6 milyard dollara çatdırılacaq. Bundan əlavə məbləğin əhəmiyyətli hissəsi - 53.6 milyard dollar adi büdcə prosesindən kənarda qalan məcburi ayırmalardan ibarətdir. Məhz bu səbəbdən Birləşmiş Ştatların Hərb Nazirliyi avtonom sistemlərin tətbiqini ciddi şəkildə tezləşdirmək imkanı əldə edəcək.
Agentliyin məlumatına əsasən, ümumilikdə Pentaqon inkişaf və sınaqlar üçün nəzərdə tutulan büdcə xərclərini 64% çoxaltmağı planlaşdırır. Nəticədə ümumi məbləğ 210.4 milyard dollardan 343.7 milyard dollara qədər artacaq. Qeyd edilən artımın təqribən 41%-i DAWG qrupunun ehtiyaclarına yönəldiləcək.
Birləşmiş Ştatlarda Avtonom Döyüş Sistemləri Qrupu ötən ilin yay fəslində "One Big Beautiful Bill Act" (Bir böyük gözəl qanun layihəsi) qanununa əsasən təsis edilib. Sözügedən sənəd müdafiə və miqrasiya nəzarəti üçün ayrılan vəsaitlərin artırılmasını, lakin eyni vaxtda səhiyyə və ekoloji layihələrə yönələn xərclərin ixtisarını ehtiva edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.