
ABŞ hərbi planlaşdırma ilə bağlı məlumatları məhdudlaşdıra bilər
ABŞ Konqresi və müttəfiqləri tezliklə Birləşmiş Ştatların hərbi planlarına çıxış üçün əsas məlumat kanalını itirəcəklər.
ABŞ Konqresi və müttəfiqləri tezliklə Birləşmiş Ştatların hərbi planlarına çıxış üçün əsas məlumat kanalını itirəcəklər.
Gundem.today xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd olunur ki, Pentaqon son onilliklər ərzində ilk dəfə xarici ölkələrdəki hərbi qüvvələrinin yerləşməsi barədə ənənəvi hesabatını ictimailəşdirmək niyyətində deyil. Lakin sözügedən sənəd həm tərəfdaş dövlətlər, həm də qanunvericilər üçün büdcə planlaşdırılması və hərbi strategiyanın müəyyənləşdirilməsi baxımından kritik önəm daşıyır.
Verilən xəbərlərə əsasən, Ağ Ev strateji sənədlərdə əsas diqqətin Qərb yarımkürəsinə cəmləndiyini düşünür. Bu səbəbdən də rəsmi hesabatlar əvəzinə qeyri-rəsmi müzakirələrə daha böyük önəm verilir.
ABŞ rəhbərliyinin bu cür yanaşması ABŞ-nin hərbi strategiyası barədə dəqiq informasiya əldə etmək istəyən Avropa dövlətlərində və NATO daxilində ciddi narahatlıq doğurub. Şimali Atlantika Alyansının təmsilçisi vurğulayıb ki, qlobal təhlükəsizliyin qorunması üçün ən vacib amillərdən biri məhz proqnozlaşdırıla bilmə imkanıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
Çeçenistan liderinin övladı və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərən 18 yaşlı Adam Kadırov ictimaiyyət arasında ilk dəfə zabit paqonlarında görünüb.
DünyaTürkiyə təyyarələr tədarük edir, SƏRHƏD NƏZARƏTİ GÜCLƏNİR - Son itkilər nəyə işarədir?
Türkiyə və Böyük Britaniya arasında 2025-ci ildə əldə edilən razılaşmaya uyğun olaraq, Londondan 20 ədəd "Eurofighter Typhoon" qırıcısı və müvafiq təchizatlar alınacaq.
DünyaStavropolun energetika nazirinə cinayət işi açıldı
Stavropol vilayətinin energetika, sənaye və rabitə naziri vəzifəsini icra edən İvan Kovalyov başlanmış cinayət işinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nazir öz vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz məqsədlərlə istifadə etməkdə şübhəli bilinir.
DünyaRusiya qoşunları Xarkovda yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətindəki Şevyakovka yaşayış məntəqəsini nəzarətə götürüb.