
Fransa millisinin sabiq üzvü "Qarabağ"ın yolunda: Keçid an məsələsidir
Kiprin "Omoniya" klubunun şərəfini qoruyan Jali Mouaddib "Qarabağ"la transfer danışıqlarında son mərhələyə qədəm qoyub.
Kiprin "Omoniya" klubunun şərəfini qoruyan Jali Mouaddib "Qarabağ"la transfer danışıqlarında son mərhələyə qədəm qoyub.
Gundem.today xəbər verir ki, 25 yaşlı istedadlı sol vingerin Azərbaycan klubunun sıralarına qoşulması artıq an məsələsidir.
Mərakeşəsilli fransalı futbolçunun transferində Kiprin böyük klubları da maraqlıdırlar.
Jali Mouaddibin "Omoniya" ilə hazırkı müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulduğundan, futbolçu iyun ayında "Qarabağ"ın düşərgəsinə azad agent statusunda qoşula biləcək.
Xatırladaq ki, peşəkar karyerasında diqqətçəkən məqamlara sahib olan vinger, 2019-cu ildə Fransanın 19 yaşlılardan ibarət milli komandasının formasını da geyinib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan - Sent Lüsiya matçının hakimləri açıqlandı
Azərbaycan milli komandasının "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
İdmanEnzo Fernandes üçün transfer savaşı: "Əl-İttihad" PSJ və "Real Madrid"ə qarşı
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" transfer bazarında daha bir səs-küylü keçidə hazırlaşır. Klub "Çelsi"nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes üçün rəsmi təklif göndərməyi planlaşdırır.
İdmanDÇ-2026-ya hazırlıq: FIFA niyə Kanadadakı hotelləri boşaldır?
FIFA 2026-cı il dünya çempionatı üçün Vankuver və Toronto şəhərlərində turnir üçün əvvəlcədən ayrılmış hotel otaqlarının təqribən 70-80 faizinin rezervasiyasını ləğv edib.
İdmanUEFA Millətlər Liqasında pley-off oyunları başlayır
Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.