
ABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcək
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin blokdan çıxarılması üçün "Azadlıq" əməliyyatına 15 000 əsgər, esmineslər, 10-dan çox təyyarə və PUA (Pilotsuz Uçuş Aparatı - dron) göndərəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin blokdan çıxarılması üçün "Azadlıq" əməliyyatına 15 000 əsgər, esmineslər, 10-dan çox təyyarə və PUA (Pilotsuz Uçuş Aparatı - dron) göndərəcək.
Gundem.today-ın xəbərinə görə, bu barədə komandanlıq məlumat yayıb.
"Bizim bu müdafiə missiyasına dəstəyimiz regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir", - deyə ABŞ Mərkəzi Komandanlığının komandanı, admiral Bred Kuper bildirib.
"Azadlıq" missiyasının məqsədi ticarət gəmilərinin Hörmüz boğazından maneəsiz keçidini asanlaşdırmaqdır.
Qeyd olunur ki, dünya üzrə dəniz yükü dövriyyəsinin dörddəbiri, eləcə də yanacaq və gübrə Hörmüz boğazının bu hissəsindən keçir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mayın 4-də Hörmüz boğazında bloklanmış gəmiləri azad etməyə başlayacağını açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyanın 2030-cu ilə qədər yeni silah almağa vəsaiti çatmayacaq
Maliyyə qıtlığı səbəbindən Böyük Britaniya 2030-cu ilədək yeni silahların tədarükünü həyata keçirə bilməyəcək.
DünyaABŞ-də bloqer aviaşirkəti xilas etmək üçün 22 milyon dollar topladı
ABŞ-də yanacaq böhranı səbəbindən bağlanan "Spirit Airlines" aviaşirkətini xilas etmək üçün bir bloqer 22 milyon dollar toplayıb.
DünyaTürkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə evlənib? Gizlin nikahdan FOTOLAR
Türkiyədə yaşayan azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadə evlənib.
DünyaABŞ-də atışma baş verib: Yaralılar var - VİDEO
ABŞ-nin Oklahoma ştatının Arkadiya gölü yaxınlığında atışma baş verib.