
ABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildi
Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib.
Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib.
Gundem.today xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.
Bildirilib ki, aprelin 9-10-da həyati əhəmiyyətli sahələrlə bağlı xidmətlər və qurumlar istisna olmaqla, hamı üçün istirahət günləri elan edilib.
Nəşr qeyd edir ki, hakimiyyət küçələrdə polis sayını əhəmiyyətli dərəcədə artırıb və nümayəndə heyətlərinin qalacağı hotelin ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Danışıqlar zamanı İslamabada bəzi girişlərin bağlanacağı da gözlənilir.
Daha əvvəl İranın Pakistandakı səfiri Rza Əmiri Moqədam ölkəsinin nümayəndə heyətinin aprelin 9-da axşam saatlarında İslamabada gələcəyini bəyan etmişdi.
ABŞ və İran arasında danışıqların ilk mərhələsinin aprelin 10-da Pakistanın paytaxtında keçirilməsi gözlənilir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Aprelin 13-də Rusiya Dövlət Dumasının Şurası əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra qanun pozuntularına görə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.
DünyaŞimali Koreya yenidən raket sınağı keçirdi: Dünya üçün təhlükə yaxınlaşır?
Rəsmi Pxenyan bu həftə ərzində bir neçə silahın sınağını reallaşdırıb.
DünyaZelenski Putinlə görüşə hazırdır - ABŞ, Yaxın Şərq, yoxsa Avropada?
Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşünün ABŞ-də, yaxud Yaxın Şərq regionunda təşkil oluna biləcəyini ehtimal edir.
Dünyaİran XİN: "ABŞ Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir"
"Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir".