Son dəqiqə
"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayırÇoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİKPaşinyan yenə Rusiyaya gedəcəkBir imza min mübahisənin qarşısını ala bilər - Nikah müqaviləsinin GÖRÜNMƏYƏN ROLUYaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTOGəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Dünya

Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı

Bu gün
14:52
0 baxış
Paylaş:

Aprelin 13-də Rusiya Dövlət Dumasının Şurası əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra qanun pozuntularına görə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.

Aprelin 13-də Rusiya Dövlət Dumasının Şurası əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra qanun pozuntularına görə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.

Gundem.today xəbər verir ki, bu barədə spiker Vyaçeslav Volodin məlumat paylaşıb.

"Bazar ertəsi Dövlət Dumasının Şurası ictimai təhlükəsizliyin gücləndirilməsi və əcnəbilərin davranışına nəzarətin artırılması məqsədilə hazırlanan sənədin müzakirəsinə başlayır. Təqdim olunan sənəddə miqrantların ölkədən çıxarılmasına səbəb olan inzibati pozuntuların siyahısının təxminən iki dəfə artırılaraq, İnzibati Xətalar Məcəlləsinin 22 maddəsindən 43-ə çatdırılması təklif edilir", - deyə Volodin qeyd edib.

Sənəd Rusiya hökuməti tərəfindən bu ilin mart ayında irəli sürülüb. Təklif olunan dəyişikliklər İnzibati Xətalar Məcəlləsini əhatə edəcək. Layihəyə əsasən, məcəllənin bir neçə maddəsinə, xüsusən əcnəbilər tərəfindən törədildiyi halda cərimə və Rusiyadan məcburi çıxarılmanı nəzərdə tutan yeni bəndlər əlavə olunacaq. Belə ki, icazəsiz aksiyalarda iştirak etmək, Rusiya ordusunun nüfuzuna xələl gətirmək, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırmaq və ölkənin ərazi bütövlüyünü təhdid edən hərəkətlərə səsləmək əcnəbi vətəndaşların deportasiyasına gətirib çıxaracaq.

Eyni zamanda, sənəddə bəzi qanun pozuntularına görə tətbiq edilən cərimələrin artırılması planlaşdırılır. Sərhədi keçmə, ölkəyə daxil olma və qalma qaydalarının pozulması, əcnəbilərin qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olması, eləcə də miqrantların qanunsuz işə götürülməsi ilə bağlı cəzalar daha da ağırlaşdırılacaq.

"Ölkəmizə təşrif buyuran hər kəs Rusiya Federasiyasının qanunlarına hörmətlə yanaşmalıdır", - deyə Volodin bildirib.

O əlavə edib ki, təkcə 2024-cü il ərzində Dövlət Duması miqrasiya sahəsinin təkmilləşdirilməsinə dair 22 federal qanun qəbul edib və onların 18-nin təşəbbüskarı məhz deputatlar olub. Sədr sonda vurğulayıb ki, qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün lazımi bütün addımları atmağa çalışıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya#Dövlət_Duması#miqrantlar#deportasiya#qanun_layihəsi#əcnəbilər#Vyaçeslav_Volodin#inzibati_xətalar#cərimələr#miqrasiya_siyasəti

Oxşar Xəbərlər

Paşinyan yenə Rusiyaya gedəcəkDünya

Paşinyan yenə Rusiyaya gedəcək

Ermənistan və Rusiya arasında yeni yüksəksəviyyəli görüş 2026-cı ilin iyun ayının ikinci yarısında planlaşdırılır.

Bu gün
16:360
Yaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTODünya

Yaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO

İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.

Bu gün
16:280
Macarıstan NATO-dan çıxır?Dünya

Macarıstan NATO-dan çıxır?

Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.

Bu gün
15:400
ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDIDünya

ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.

Bu gün
15:360