
ABŞ İrana qarşı quru hücumuna hazırlaşır?
ABŞ-nin "C-17A Globemaster III" təyyarəsi BƏƏ səmasında İrana qarşı mümkün quru əməliyyatlara hazırlıq manevrləri edib.
ABŞ-nin "C-17A Globemaster III" təyyarəsi BƏƏ səmasında İrana qarşı mümkün quru əməliyyatlara hazırlıq manevrləri edib.
Gundem.today Kp.ru-ya istinadən verdiyi məlumata görə, qeydə alınan uçuş göstəriciləri bu faktı sübut edir.
Məlumata əsasən, sözügedən hərbi təyyarə BƏƏ-nin hava sərhədlərinə yerli vaxtla təqribən saat 09:45-də (Bakı vaxtı ilə saat 10:45) daxil olub. O, Əbu-Dabi ərazisində yerləşən Əsəd neft-qaz yatağı istiqamətinə çataraq hündürlüyü azaldıb və iti bucaq altında uçuş trayektoriyasını davam etdirib. Qeyd olunan bu hərəkət ehtimal ki, yükün yerə atılmasından xəbər verir.
Daha sonra isə təyyarə saat 10:20-də (Bakı vaxtı ilə saat 11:20) Səudiyyə Ərəbistanı sərhədini keçmək şərti ilə hava məkanından uzaqlaşıb. Uçuş vasitəsinin havaya qalxdığı və eniş edəcəyi yekun ünvan barədə məlumatlar açıqlanmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMisir ABŞ və İranla danışıqlara qoşulub
Misir İrana qarşı aparılan müharibəni dayandırmaq məqsədilə fəal müzakirələr həyata keçirir, eyni zamanda Türkiyə və Pakistanla birgə ABŞ və İran arasında vasitəçilik missiyasını yerinə yetirir.
DünyaSEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi də ÖLDÜRÜLDÜ - FOTO
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı ilə birlikdə öldürülüb.
DünyaYaponiya məktəblərində kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib
Yaponiyanın Kumatori şəhərində ibtidai və orta məktəblərdə 600-dən çox şagird və müəllim qidadan zəhərlənib. Məktəb yeməkxanasında zərərçəkənlərdə norovirus infeksiyası aşkarlanıb. Səbəbin çörək məhsulları olduğu ehtimal edilir.
DünyaABŞ və İsraillə müharibəsi zamanı İranda ölənlərin sayı açıqlandı
ABŞ və İsraillə müharibəsi zamanı İranda ən azı 1 937 nəfər həyatını itirib.