
ABŞ və İsraillə müharibəsi zamanı İranda ölənlərin sayı açıqlandı
ABŞ və İsraillə müharibəsi zamanı İranda ən azı 1 937 nəfər həyatını itirib.
ABŞ və İsraillə müharibəsi zamanı İranda ən azı 1 937 nəfər həyatını itirib.
Gundem.today-ın "Əl-Cəzirə" telekanalına istinadən xəbərinə görə, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian məlumat verib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
DünyaHindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı - FOTO-VİDEO
Hindistanın Andhra-Pradeş ştatında dəhşətli faciə baş verib. Sərnişin avtobusu çınqıl yüklü yük maşını ilə toqquşub.
DünyaMisir ABŞ və İranla danışıqlara qoşulub
Misir İrana qarşı aparılan müharibəni dayandırmaq məqsədilə fəal müzakirələr həyata keçirir, eyni zamanda Türkiyə və Pakistanla birgə ABŞ və İran arasında vasitəçilik missiyasını yerinə yetirir.
DünyaSEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi də ÖLDÜRÜLDÜ - FOTO
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı ilə birlikdə öldürülüb.