Son dəqiqə
Bağça müdiri olmaq istəyənlərin diqqətinəTürkiyə Qran-prisi "Formula-1"ə qayıdırMDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTOAzərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMAAmerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTOGürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən və Londondan REAKSİYA
ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən və Londondan REAKSİYA
Dünya

ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən və Londondan REAKSİYA

Bu gün
16:35
0 baxış
Paylaş:

"Böyük Britaniya hökuməti Folklend adalarının statusunu ABŞ ilə heç bir şəkildə müzakirə etmək niyyətində deyil".

"Böyük Britaniya hökuməti Folklend adalarının statusunu ABŞ ilə heç bir şəkildə müzakirə etmək niyyətində deyil".

Gundem.today "Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş nazirinin ofisinin nümayəndəsi məlumat verib.

"Folklend adaları ilə bağlı Britaniyanın mövqeyi dəyişməzdir. Suverenlik Birləşmiş Krallığa məxsusdur, öz müqəddəratını təyinetmə isə birinci dərəcəli əhəmiyyətə malikdir", - deyə açıqlamada bildirilib.

Böyük Britaniya rəsmisi Folklend adalarını müdafiə etməyə hazır olub-olmamaları barədə suala cavab verməkdən imtina edib:

"Bu, bizə aid olan vəziyyət deyil, hipotetik sualdır".

Daha əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Pentaqonda NATO müttəfiqlərinin ABŞ-yə İrana qarşı müharibədə kömək etməyə hazır olmamalarına görə cəzalandırma variantları müzakirə olunur. Seçimlərdən biri kimi Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməsi də vurğulanıb.

Hazırda ABŞ bu ərazinin Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır.

Britaniya baş nazirinin nümayəndəsi vurğulayıb ki, Birləşmiş Krallıq İrana qarşı hərbi münaqişəyə təzyiq altında cəlb olunmayacaq.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları artıq 200 ildir ki, Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsi predmetidir. 1982-ci ilin aprelində ölkələr arasında silahlı münaqişə başlayıb. Təxminən iki ay yarım davam edən müharibədə Cənubi Amerika ölkəsi məğlub olub. 2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda bu ərazinin Britaniyanın tərkibində qalmasına səs veriblər. Argentina isə seçkinin nəticələrini tanımayıb.

İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişədəki mövqeyinə görə rəsmi Madridə qarşı ABŞ-nin mümkün tədbirləri barədə xəbərləri şərh edib. O bildirib ki, İspaniya hakimiyyəti yalnız rəsmi sənədlərə əsaslanır, daxili sızmalara cavab vermək niyyətindən uzaqdır.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Biz elektron məktublar əsasında işləmirik. ABŞ hökumətinin rəsmi mövqeyini şərh edə bilərik", - deyə nazir bildirib.

ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə yaxından tanış olan özəl mənbələrinə istinadən məlumat yayıb.

Xüsusilə İspaniyanın NATO üzvlüyündən çıxarılması planı və Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ-nin mövqeyini yenidən nəzərdən keçirildiyi vurğulanır.

Materialda qeyd edilir ki, müvafiq təkliflər Pentaqonun yüksəkrütbəli rəsmiləri arasında daxili elektron məktublarda əks olunub.

Yazışmalarda Vaşinqtonun NATO-nun bəzi müttəfiqlərinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı ABŞ ordusuna öz ərazilərindəki bazalardan istifadəyə icazə verməməsindən məyusluq ifadə edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#Pentaqon#NATO#İran#müttəfiqlər#İspaniya#Böyük_Britaniya#Folklend_adaları#hərbi_bazalar#cəza_tədbirləri#Reuters#hərbi_əməliyyatlar

Oxşar Xəbərlər

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTODünya

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

Amerikalı milyoner - 75 yaşlı iş adamı Erni Dozionu Afrikada ov zamanı fillər tapdalayıb.

Bu gün
16:440
ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEODünya

ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEO

ABŞ-nin Nyu-York ştatının Kvins şəhərində yaşayış binasında baş verən yanğın yaxınlıqdakı kilsəyə keçib.

Bu gün
16:120
İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirDünya

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verir

Alimlərin apardıqları araşdırmalar göstərib ki, İlon Mask tərəfindən yaradılan "Grok" çatbotu istifadəçilərin zərərli illüziyalarını dəstəkləməklə yanaşı, yeni yanlış fikirlər də formalaşdırır.

Bu gün
15:560
İlon Maskın şirkəti robot-taksilərin satışına başladıDünya

İlon Maskın şirkəti robot-taksilərin satışına başladı

ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.

Bu gün
15:400