Son dəqiqə
Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMAAmerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTOGürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandıABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən və Londondan REAKSİYAÖlkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVACari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş verib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA
Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA
Cəmiyyət

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

Bu gün
16:48
0 baxış
Paylaş:

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və idarə olunması sahəsində son illər mühüm institusional və rəqəmsal yeniliklər həyata keçirilsə də, bu sahədə hələ də ciddi uyğunsuzluqlar mövcuddur.

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və idarə olunması sahəsində son illər mühüm institusional və rəqəmsal yeniliklər həyata keçirilsə də, bu sahədə hələ də ciddi uyğunsuzluqlar mövcuddur.

Qanunvericilik torpaqların bazar prinsiplərinə uyğun, şəffaf və obyektiv qiymətləndirilməsini tələb etdiyi halda bəzi məqamlarda torpaq sahələrinin real dəyərindən xeyli aşağı qiymətlərlə dövriyyəyə buraxılması, həm bələdiyyələrin maraqlarına zərbə vurur, həm də sui-istifadə risklərini artırır. Mövcud vəziyyət torpaq ehtiyatlarının səmərəli idarə olunması, qiymətlərin düzgün formalaşdırılması və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsinin aktuallığını bir daha ön plana çıxarır.

Gundem.today "Report"a istinadən xəbər verir ki, son illərdə bələdiyyə torpaqlarının satılması ilə əlaqədar geniş qanunvericilik bazası formalaşdırılıb. Torpaq Məcəlləsinin 96-cı maddəsinə, "Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında" Qanunun 10-cu maddəsinə, 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsinə və "Torpaq bazarı haqqında" Qanunun 16-cı maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar fərdi yaşayış evi tikintisi üçün satıldıqda, eləcə də hərrac və ya müsabiqəyə çıxarıldıqda onların qiyməti normativ qiymətdən aşağı olmamaq şərti ilə bazar qiyməti nəzərə alınaraq "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun müəyyən edilir.

Digər mühüm məsələlərdən biri də faktiki istifadə olunan, lakin əvvəlki dövrlərdə sənədləşdirilməmiş və bəzi hallarda özbaşına tutulmuş torpaq sahələrinin sonradan bələdiyyə qərarları ilə həmin şəxslərə verilməsi zamanı güzəştlərin tətbiq olunmasıdır. Bu zaman torpaqlar bazar qiyməti nəzərə alınmadan aşağı qiymətlərlə satılır. Buna görə də torpaq sahələrinin qiymətləndirilməsi zamanı obyektivliyin təmin edilməsi və real bazar qiymətlərinin sənədlərdə əks etdirilməsi vacib hesab olunur.

Bələdiyyə torpaqlarının satılması və ya icarəyə verilməsindən əldə olunan gəlirlər bələdiyyələrin əsas maliyyə mənbələrindən biridir. Buna görə də torpaqların bazar qiymətindən aşağı satılması bələdiyyələrin maliyyə imkanlarını zəiflədir. Bu səbəbdən torpaqları ucuz qiymətə satılmaqdandsa, onları icarəyə verilməsi daha məqsədəuyğun ola bilər.

Əmlak eksperti Ramil Qasımzadə deyib ki, Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı əvvəlki yanaşmalar artıq dəyişib və mövcud qanunvericiliyə uyğun olaraq bu proses müstəqil qiymətləndirici şirkətlərə həvalə olunub.

Onun sözlərinə görə, "Bələdiyyələr haqqında" qanuna edilmiş dəyişikliklər və 2023-cü ilin dekabr ayında qəbul edilərək ölkə Prezidenti tərəfindən təsdiqlənmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun tətbiqindən sonra bələdiyyələr torpaq sahələrinin qiymətini özləri müəyyən edə bilməzlər:

"Əvvəllər bələdiyyələr torpaq sahələrinin qiymətini özləri, o cümlədən notariat orqanlarından əldə edilən məlumatlar əsasında müəyyən edirdilər. Lakin yeni qanunvericiliyə əsasən, bu səlahiyyət artıq yalnız Qiymətləndiricilər Palatasına üzv olan müstəqil qiymətləndirici şirkətlərə verilib".

Ekspert qeyd edib ki, hazırda proses vətəndaş müraciətləri əsasında həyata keçirilir və bələdiyyələrlə qiymətləndirici şirkətlər arasında müqavilə bağlanır:

"Qiymətləndirici şirkətlər müvafiq araşdırma apararaq torpaq sahəsinin yerləşdiyi ərazi üzrə analoji obyektlərin bazar qiymətlərini müqayisə edir və bu əsasda qiymət müəyyənləşdirir. Hazırlanmış hesabat bələdiyyəyə təqdim olunur və bələdiyyə həmin qiymət əsasında torpaq sahəsini hərraca çıxarır".

R.Qasımzadə vurğulayıb ki, bu yanaşma həm yerli qanunvericiliyə, həm də beynəlxalq qiymətləndirmə standartlarına uyğundur:

"Qiymətləndirmə əsasən müqayisəli yanaşma metodu ilə aparılır və bu, beynəlxalq praktikada da geniş tətbiq olunur".

Ekspert əlavə edib ki, bir sıra hallarda qiymətləndirmə ilə bağlı mübahisə yarana bilər:

"Bəzən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ya digər qurumlar müəyyən qiymətlərlə razılaşmır. Bu kimi hallarda Qiymətləndiricilər Palatasına müraciətlər daxil olur və Palata tərəfindən araşdırmalar aparılır".

Onun sözlərinə görə, dəyərindən aşağı qiymətləndirmə halları ilə bağlı intizam tədbirləri də görülüb:

"Müəyyən hallarda torpaq sahələrinin bazar dəyərindən aşağı qiymətləndirilməsi faktları qeydə alınıb. Bununla bağlı Palata tərəfindən qiymətləndirici şirkətlərlə iş aparılıb və onlara ciddi xəbərdarlıqlar edilib. Əgər hər hansı razılaşma və ya qiymətin qəsdən aşağı salınması halları aşkar olunarsa, məsələ hüquq-mühafizə orqanlarına yönləndiriləcək".

R.Qasımzadə bildirib ki, hazırda bu kimi neqativ halların qarşısı böyük ölçüdə alınıb:

"Hazırda qiymətləndiricilər torpaq sahələrinin dəyərini bazar prinsiplərinə uyğun şəkildə müəyyən edir. Əgər vətəndaşlar və ya dövlət qurumları qiymətləndirmə ilə razılaşmazsa, onlar Palataya müraciət edə bilərlər. Hər bir müraciət üzrə müvafiq araşdırma a

#Cəmiyyət#bələdiyyə_torpaqları#torpaqların_qiymətləndirilməsi#Azərbaycan_Qiymətləndiricilər_Palatası#daşınmaz_əmlak_bazarı#torpaq_hərracı#bələdiyyə_büdcəsi#torpaqların_satışı#müstəqil_qiymətləndirici#bazar_dəyəri#əmlak_qanunvericiliyi.

Oxşar Xəbərlər

Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandıCəmiyyət

Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı

2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edib və Azərbaycan vətəndaşlığı alıb.

Bu gün
16:360
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVACəmiyyət

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu gün
16:340
Cari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş veribCəmiyyət

Cari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş verib

Davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.

Bu gün
16:280
WUF13 və AFFA-nın birgə seminarı keçirilibCəmiyyət

WUF13 və AFFA-nın birgə seminarı keçirilib

Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Bu gün
16:030