
ABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir.
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərb Nazirliyinin (Pentaqon) yüksəkvəzifəli nümayəndələri bir neçə avtomobil şirkətinin, o cümlədən "General Motors" və "Ford"un rəhbərləri ilə danışıqlar aparıb.
Qeyd olunur ki, Pentaqon Ukraynaya silah tədarükü, eləcə də İrana qarşı əməliyyatlar nəticəsində ehtiyatların tükənməsi səbəbindən sursat və hərbi avadanlıq istehsalını artırmaq üçün onların köməyindən və personalından istifadə etməkdə maraqlıdır.
"The Wall Street Journal" qeyd edib ki, bu cür tədbirlər İkinci Dünya müharibəsi zamanı tətbiq olunan təcrübəni xatırladır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaZelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"
Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.
DünyaPakistan ordusunun baş komandanı Tehrandadır - FOTO
Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ və İran arasındakı diplomatik prosesdə vasitəçi qismində Tehranda səfərdə olarkən, İran parlamentin sədri Məhəmməd Baqir Qalibafla bir araya gəlib.
DünyaLivan iqtisadiyyatı çökmək riski ilə üz-üzədir
İsrail və "Hizbullah" qruplaşması arasında respublika ərazisindəki hərbi toqquşmalar yaya qədər davam edərsə, Livan iqtisadiyyatı fəlakətlə üzləşmək riski daşıyır.
DünyaAvropanın müdafiə xərclərinin idarə edilməsi uğrunda MÜBARİZƏ BAŞLAYIB
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Avropada artmaqda olan müdafiə xərclərinə rəhbərlik etmək hüququ uğrunda mübarizə aparır.