Son dəqiqə
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"Türkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTOAzərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilirSevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxunduDünyada nadir tapıntı: İrlandiya sahillərində 150 yaşlı köpəkbalığının cəsədi aşkarlandıAzərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?
ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?
Dünya

ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?

Bu gün
13:40
0 baxış
Paylaş:

"Birləşmiş Ştatlar Hörmüz boğazını blokadaya almaqla Çin və Hindistanı İrana təzyiq göstərməyə məcbur etməyə çalışır".

"Birləşmiş Ştatlar Hörmüz boğazını blokadaya almaqla Çin və Hindistanı İrana təzyiq göstərməyə məcbur etməyə çalışır".

Gundem.today xəbər verir ki, belə bir iddia CNN telekanalının hazırladığı analitik materialda yer alır.

"ABŞ-nin həyata keçirdiyi bu əməliyyatın əsas məqsədlərindən biri Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün Çin və Hindistan kimi İrandan neft alan dövlətlərə təzyiq etməkdir", - deyə telekanal vurğulayır.

Bununla yanaşı, bildirilir ki, ABŞ Çinlə bağlı məsələdə böyük riskə gedir. Çünki ABŞ gəmiləri tərəfindən İran nefti daşıyan hər hansı bir Çin tankerinə müdaxilə edilməsi ABŞ Prezidenti Donald Trampın çoxdan gözlədiyi və Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşündən bir neçə həftə əvvəl diplomatik insidentə səbəb ola bilər.

CNN-in təhlilinə görə, Vaşinqton Hörmüz boğazını bağlamaqla bu addımın müharibəyə tezliklə son qoyacağını düşünsə də, Tehranı düzgün qiymətləndirməyib. Belə ki, İran rəhbərliyi mövcud münaqişəni həyatda qalmaq uğrunda mübarizə kimi qəbul edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#Hörmüz_boğazı#İran#Çin#Hindistan#CNN_analizi#neft_ixracı#Donald_Tramp#Si_Cinpin#blokada#diplomatik_insident

Oxşar Xəbərlər

Türkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTODünya

Türkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTO

Türkiyə ordusunun arsenalına "Fırtına-2" haubitsaları, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) daxil edilib.

Bu gün
14:360
Dünyada nadir tapıntı: İrlandiya sahillərində 150 yaşlı köpəkbalığının cəsədi aşkarlandıDünya

Dünyada nadir tapıntı: İrlandiya sahillərində 150 yaşlı köpəkbalığının cəsədi aşkarlandı

İrlandiya sahillərində təxminən 150 yaşı olan köpəkbalığının cəsədi aşkar edilib.

Bu gün
14:200
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdiDünya

İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi

İranın yüksəkvəzifəli rəsmisi və ali liderin hərbi müşaviri Möhsün Rzayi çərşənbə günü Hörmüz boğazındakı ABŞ hərbi gəmilərinin hədəfə alınacağını bildirib.

Bu gün
14:120
Türkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" - FOTODünya

Türkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" - FOTO

"Təxminən 2 aydır ki, İsa Arası evimizin yaxınlığında işləyən özəl bir psixoloqun yanına aparırdım. Həmin psixoloq oğlumun cəmiyyətə adaptasiyada çətinlik çəkə biləcəyini, bir az nəzarətdə saxlanılmasını və gələcəkdə psixiatrik müalicəyə ehtiyac yarana biləcəyini vurğulamışdı".

Bu gün
14:000