Son dəqiqə
Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblərİranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdiMbappe Çempionlar Liqasında Messini geridə qoyduTürkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" - FOTOEkvadorda avtobus uçurumdan düşərək yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEOEkvadorda avtobus uçuruma yuvarlanaraq yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər
Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər
Siyasət

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər

Bu gün
14:16
0 baxış
Paylaş:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.

Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan-Rusiya_iqtisadi_münasibətləri#Böyük_Qayıdış#Rusiya_Federasiyası#Zəngilan_rayonu#Ağalı_kəndi#Şahin_Mustafayev#Aleksey_Overçuk

Oxşar Xəbərlər

Matviyenko: "AZAL təyyarəsi ilə bağlı məsələnin həlli Rusiya-Azərbaycan əlaqələri üçün yeni imkanlar yaradır"Siyasət

Matviyenko: "AZAL təyyarəsi ilə bağlı məsələnin həlli Rusiya-Azərbaycan əlaqələri üçün yeni imkanlar yaradır"

"Rusiya və Azərbaycan arasında AZAL təyyarəsinin vurulması ilə bağlı insidentin həlli hər iki dövlətin ikitərəfli əlaqələrinin daha da genişləndirilməsinə yeni yollar açır".

Bu gün
13:340
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublarSiyasət

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.

Bu gün
13:280
İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub - FOTOSiyasət

İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub - FOTO

İrandan fevralın 28-dən bu günədək Azərbaycana ümumilikdə 78 ölkədən 3 546 nəfər təxliyə olunub.

Bu gün
12:160
İran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEOSiyasət

İran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEO

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Avropa ölkələri NATO-nun ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərməsi üçün xüsusi planlar üzərində işləyir.

Bu gün
02:120