
ABŞ-nin raket ehtiyatlarının bərpası illər çəkəcək
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə etdiyi raket ehtiyatlarının bərpa olunması illər tələb edəcək.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə etdiyi raket ehtiyatlarının bərpa olunması illər tələb edəcək.
Gundem.today xəbər verir ki, bu qənaətə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin mütəxəssisləri gəliblər. Aprelin 21-də təqdim olunan hesabatda qeyd edilir ki, İran ərazisinə endirilən 39 günlük zərbələr ərzində ABŞ külli miqdarda "Tomahawk" və "JASSM" qanadlı raketlərindən, yaxınmənzilli "Precision Strike Missile" (PrSM) ballistik raketlərindən, çoxməqsədli "SM-6" raketlərindən, "SM-3" önləyicilərindən, həmçinin "THAAD" və "Patriot" kompleksləri üçün nəzərdə tutulan raketlərdən istifadə edib. Analitiklər bildirirlər ki, bu yeddi növ silah ehtiyatının müharibədən əvvəlki səviyyəyə qaytarılması bir ildən dörd ilə qədər vaxt aparacaq.
"Sakit okeanın qərb hissəsində baş verə biləcək hər hansı münaqişə zamanı bu raketlər mühüm əhəmiyyət kəsb edəcək. Hətta İrana qarşı müharibədən əvvəl belə, bərabərgüclü rəqiblə döyüş şəraitində onların ehtiyatı kifayət etməyən hesab olunurdu. İndi isə bu qıtlıq daha kəskin xarakter alıb və ehtiyatların yenidən doldurulması əlavə vaxt tələb edəcək", - deyə hesabatda vurğulanır.
Ekspertlərin sözlərinə görə, mövcud ehtiyatlar İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün yetərlidir, lakin onlar gələcək münaqişələr üçün müəyyən risklərin mövcudluğunu qəbul edirlər. Bununla yanaşı, vurğulanır ki, "Patriot", "THAAD" sistemləri üçün raketlərin və "PrSM" döyüş sursatlarının İranda fəal tətbiqi ABŞ-nin Ukrayna, eləcə də digər müttəfiq və tərəfdaşlarına silah tədarük etmək imkanlarını sarsıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
DünyaTrampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?
ABŞ Prezidenti Donald Tramp İrana öz təkliflərini hazırlaması üçün əlavə bir neçə gün vaxt verməyə razıdır. Əgər bu baş verməsə, elan olunan atəşkəs başa çatacaq.
DünyaRafael Qrossi: "BAEA-sız ABŞ və İran arasındakı razılaşma sadəcə illüziya olacaq"
ABŞ və İran arasındakı ehtimal olunan razılaşma, prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) cəlb edilməyəcəyi təqdirdə sadəcə razılaşma illüziyasına çevriləcək.
Dünya"Axios": Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir
ABŞ hakimiyyəti və Pakistan vasitəçiləri İranın ali lideri Müctəba Xameneinin münaqişənin nizamlanması üzrə son təklifə cavabını gözləməkdədirlər.