
ABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıb
ABŞ-nin "USS George H. W. Bush" atom aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu cümə axşamı regiondakı hərbi-dəniz qruplaşmasını gücləndirmək üçün Yaxın Şərqə gəlib.
ABŞ-nin "USS George H. W. Bush" atom aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu cümə axşamı regiondakı hərbi-dəniz qruplaşmasını gücləndirmək üçün Yaxın Şərqə gəlib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Göyərtəsində 48 ədəd "F/A-18E/F" qırıcı təyyarəsi olan aviadaşıyıcıdan başqa, qrupa 1 600 km mənzilə malik "Tomahawk" qanadlı raketləri ilə təchiz olunmuş "USS Mason", "USS Donald Cook" və "USS Ross" esminesləri daxildir.
Bununla da CENTCOM-un Yaxın Şərqdə artıq üç aviadaşıyıcı zərbə qrupu mövcuddur. Ərəbistan dənizində "USS Abraham Lincoln" aviadaşıyıcısı, Qırmızı dənizdə isə "USS Gerald R. Ford" aviadaşıyıcısı yerləşir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSüni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?
İnternet məkanında süni intellektin köməyi ilə hazırlanan qeyri-adi və absurd videoların sayı sürətlə artır. Bu kadrlarda meyvələr, tərəvəzlər və ya müxtəlif məişət əşyalarının insanlara xas hərəkətlər etdiyi müşahidə olunur.
DünyaZelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"
"Ukrayna tamdəyərli çoxkomponentli hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına kömək edə bilər və artıq bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edir. Qafqaz regionu ilə əməkdaşlıq hazırlıq mərhələsindədir, digər tərəfdaşlarla müdafiə layihələri üzrə razılaşmalar davam edir".
Dünya"Samsung"un on minlərlə işçisi etiraza qalxıb
Cənubi Koreyada "Samsung"un on minlərlə işçisi əməkhaqqı səviyyəsindən narazı olduqları üçün etiraz edir və tətil keçirməyi planlaşdırır.
DünyaTramp: "İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər"
"İranlı mütəxəssislər ABŞ-yə çata biləcək raketləri kifayət qədər qısa müddətdə hazırlaya bilərlər".