
ABŞ Ukraynaya milyonlarla dollar dəyərində olan silah satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 373.6 milyon dollar olan uzaqmənzilli JDAM (Joint Direct Attack Munition) komplekslərinin satışına razılıq verib.
ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 373.6 milyon dollar olan uzaqmənzilli JDAM (Joint Direct Attack Munition) komplekslərinin satışına razılıq verib.
Gundem.today xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yayılıb.
"ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə uzaqmənzilli JDAM sistemlərinin və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləmək qərarına gəlib. Müqavilənin təxmini ümumi dəyəri 373.6 milyon dollar təşkil edir", - deyə açıqlamada bildirilir.
Məlumatda vurğulanıb ki, Kiyev rəhbərliyi 1200 ədəd KMU-572 və 332 ədəd KMU-556 JDAM quyruq hissəsinin tədarükünü istəyib. Eyni zamanda, Ukrayna tərəfinə FMU-139 partladıcısı, JDAM üçün köməkçi təchizat, ehtiyat hissələri, proqram təminatı və digər texniki ləvazimatlar təqdim olunacaq.
Qeyd edək ki, JDAM texnologiyası adi, sərbəstdüşən aviabombaları yüksək dəqiqlikli "ağıllı" sursatlara çevirmək xüsusiyyətinə malikdir. Bu sistemlər GPS naviqasiyası vasitəsilə hədəfi tam dəqiqliklə vurmağa imkan verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ doqquz həftədə 250 milyon bareldən çox neft ixrac edib
ABŞ son doqquz həftə ərzində 250 milyon bareldən çox neft ixrac edərək bu göstərici üzrə dünyada birinci yerə yüksəlib.
Dünyaİrandan BƏƏ-yə sərt xəbərdarlıq: "Təhlükəli fəsadları olacaq"
İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsinin davam etdirilməsinin ciddi nəticələri ola biləcəyi barədə bəyanat yayıb.
DünyaGürcüstan Aİ-yə qarşı çıxdı: "Daxili işlərə qarışmayın"
Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Parlamentinin ölkə hakimiyyətini tənqid edən hesabatını daxili siyasətə müdaxilə kimi qiymətləndirib.
DünyaABŞ İrana qarşı "Epik qəzəb" əməliyyatını başa çatdırıb
"Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi "Epik qəzəb" əməliyyatı başa çatıb".