
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
Gundem.today-ın İranın "Entekhab" portalına istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.
"Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.
"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMÜSİAD-ın keçmiş prezidenti Bayram Ali Bayramoğlu həbs edildi
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) keçmiş prezidenti Bayram Ali Bayramoğlu barəsində aparılan istintaqda mühüm irəliləyiş qeydə alınıb.
DünyaABŞ-dən "son zərbə" planı: İranla bağlı 4 ssenari üzə çıxdı
ABŞ Tehranla danışıqların iflasa uğrayacağı halda quru qoşunlarının istifadəsini də nəzərdə tutan "son zərbə" variantlarını hazırlayır.
DünyaAtəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.
Dünyaİrandan ABŞ-nin 15 maddəlik təklifinə CAVAB: Şərtlər açıqlandı
İran vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi üzrə 15 maddədən ibarət planına rəsmi cavabını təqdim edib.